Icma.az
close
up
RU
“Kredit götürməyin, ödəyə bilməyəcəksiniz”: İqtisadçı hamını ehtiyatlı olmağa çağırdı

“Kredit götürməyin, ödəyə bilməyəcəksiniz”: İqtisadçı hamını ehtiyatlı olmağa çağırdı

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu il iyulun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 719,4 milyon manat təşkil edib.

Mərkəzi Bankın (AMB) məlumatına görə, bu, iyunun 1-i ilə müqayisədə 13,2 % çoxdur. Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 37,1 %, son 1 ildə isə 36,4 % artıb. 

İyunun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 2,1 % təşkil edib. Bu nisbət mayın sonuna da 1,9 %, ötən ilin sonuna 1,6 %, ötən il iyunun sonuna isə 1,7 % olub. 

Vətəndaşların kreditləri qaytarmaqda çətinlik çəkməsinə hansı amillər təsir edir? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, mövcud iqtisadi vəziyyət problemli kreditlərin artmasını qaçılmaz edir: 

“Problemli kreditlərin artmasının əsas səbəbi ölkədəki iqtisadi vəziyyət, iqtisadi artımın zəifləməsidir. Bunu artıq hamı etiraf edir. İlin birinci yarısı ərzində iqtisadi artım demək olar ki, olmayıb. İqtisadi artımın olmaması insanların real gəlirlərinin azalması deməkdir. 

Eyni zamanda, sahibkarların da gəlirləri azalır.Bir tərəfdən gəlirlər azalır, digər tərəfdən isə qiymətlər və xərclər artır. Məhz buna görə də həm vətəndaşlar, həm də sahibkarlar kreditlərini ödəməkdə çətinlik çəkirlər, nəticədə problemli kreditlərin həcmi artır”. 

Ekspert təəssüf hissi ilə qeyd edib ki, problemli kreditlərin artımı davam edəcək: “Çünki yaxın illərdə iqtisadi artımın hansı mənbələr hesabına təmin olunacağı bəlli deyil. Buna görə də hər kəs ehtiyatlı olmalıdır. 

Lazımsız kreditlər götürməsinlər, maliyyə imkanlarını düzgün qiymətləndirsinlər. Mövcud vəziyyət göstərir ki, indiki şəraitdə kreditlərin geri qaytarılması getdikcə daha da çətinləşir”. 

Gülər Həsənli 
“Cebheinfo.az”

Açar sözlər: kredit Əkrəm Həsənov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:195
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 İyul 2026 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see290

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see262

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see260

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see255

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see253

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see250

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see245

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see237

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see236

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see234

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see228

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see228

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see222

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see216

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see216

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see213

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see212

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see212

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see211

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri