Kredit götürüb işsiz qalanlar üçün yenilik
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Azərbaycan bankları müştərilərinə işsizlikdən sığorta xidmətini məcburi qaydada təqdim edəcək".
Milli.Az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə qurumun yarımillik "Maliyyə Sabitliyi Hesabatı" ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
"İstehlak krediti götürən şəxslər üçün həmin xidmətdən istifadə etmək isə könüllü olacaq", - deyə o qeyd edib.
AMB rəsmisi deyib ki, işsizlikdən sığorta ilə bağlı qaydalar hazırlanıb:
"Bu sahədə tənzimləyici dəyişikliklər üzərində də iş aparılır və onların ilin sonuna qədər qüvvəyə minməsi nəzərdə tutulur. Bu sığorta şəxslərin işsiz qalması ilə bağlı risklərdən qorunmasına kömək edəcək. İşçinin öz istəyi ilə işdən ayrılması və ya kütləvi ixtisarlar kimi hallar da müvafiq qaydalar çərçivəsində sığorta təminatına daxil ediləcək. Beləliklə, istehlak kreditləri üzrə işsizlik sığortası kredit götürən şəxslərin işsiz qaldıqları halda qarşılaşa biləcəkləri maliyyə çətinliklərinin azaldılmasına xidmət edən alət olacaq. Sığortanı əldə edib-etməmək isə müştərinin öz seçimindən asılıdır".
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Baxış sayı:87
Bu xəbər 15 Oktyabr 2026 13:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















