Krediti olanların diqqətinə! Borcu dondurmaq üçün....
Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.
İqtisadi çətinliklər və müxtəlif səbəblərdən bəzi hallarda kredit ödənişlərinin müəyyən müddətə dayandırılması, yəni kreditin dondurulması gündəmə gəlir. Lakin kreditin bərpa olunması zamanı borcun məbləğinin necə hesablanması, faizlərin əvvəlki şərtlərlə davam edib-etməməsi və həmin müddətdə inflyasiyanın nəzərə alınıb-alınmaması istehlakçılar üçün əsas məsələlərdəndir.
Kredit hansı hallarda dondurula bilər və kredit ödənişləri bərpa olunarkən həmin müddətdəki inflyasiya faizlərə və borcun ümumi məbləğinə təsir edirmi?
Bank eksperti Emin Kərimov Demokrat.az-a açıqlamasında bildirib ki, hazırda ölkə bazarında və ya bank sistemində belə bir praktika yoxdur, yəni kreditin dondurulması və yaxud müəyyən müddətə fasilə verilməsi tətbiq edilmir.
Onun sözlərinə görə, həm qanunvericilikdə, həm də praktikada belə bir hal olmadığına görə, kreditin dondurulduqdan sonra hansı formada davam etdirilməsi barədə konkret bir qayda və ya mexanizm mövcud deyil:
“Kreditin restrukturizasiyası var. Burada daha mülayim şərtlərlə, əvvəlkindən daha aşağı ödənişlərlə və daha uzun müddətə kreditin verilməsi təcrübəsi mövcuddur. Bundan başqa, kredit götürərkən müəyyən dövr üzrə – 3 ay, 6 ay, hətta 1 ilə qədər güzəşt müddətinin verilməsi də nəzərdə tutulur. Bu isə müqavilə şərtləri ilə tənzimlənir”.
Ekspert hazırda bu formalarda yüngülləşdirici halların mövcud olduğunu qeyd edib:
“Amma kreditin dondurulması praktikası olmadığına görə, onun hansı mexanizm üzrə işləyəcəyi, ümumiyyətlə, faizlərin və müddətin necə tənzimlənəcəyi barədə konkret fikir bildirmək hələ ki mümkün deyil. Gələcəkdə belə bir qayda tərtib olunarsa və prosedur təsdiqlənərsə, sözsüz ki, faizlərin ödənilməsi və hesablanması qaydası, müddətlər və ümumiyyətlə şərtlər həmin qaydalar əsasında tənzimlənə bilər. Yəni o zaman bu barədə konkret fikir bildirmək mümkün olacaq. Hazırda isə ölkə üzrə, həmçinin qanunvericilikdə belə bir praktika yoxdur”.
Fidan Hacızadə
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Bu mövzuda digər xəbərlər:Krediti olanların nəzərinə Faiz borcu üstələyə bilər
30 May 2025 18:52
Banka borcu olanların NƏZƏRİNƏ: Krediti belə ödəyə bilərsiniz
16 Dekabr 2025 17:42
Krediti olanların DİQQƏTİNƏ Yayılan video çaşqınlıq yatardı
20 Yanvar 2025 11:52
Krediti olan şəxslərin DİQQƏTİNƏ
19 Fevral 2025 20:21
Akademik borcu olanlara Tələbə krediti verilməyəcək
04 Sentyabr 2025 18:57
Baxış sayı:125
Bu xəbər 14 Sentyabr 2026 21:06 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları