Icma.az
close
up
RU
Krediti olanların nəzərinə Borclar belə bağlana bilər

Krediti olanların nəzərinə Borclar belə bağlana bilər

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda problemli kreditlərin məbləği artmaqda davam edir. Belə ki, bu il martın 1-nə olan məlumata görə, ölkədə vaxtı keçmiş kreditlərin məbləği 480,1 milyon manat təşkil edib. Bu isə ilin əvvəlinə nisbətən 6,9 %, son 1 ildə isə 2,3 % artım deməkdir.

Problemli kreditlər niyə artır? Bu tendensiya vətəndaşlara və ölkəyə nə vəd edir?

Globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, problemli kreditlərin artmasının əsas səbəblərindən biri inflyasiyadır:

“Real gəlirlərin azalması kreditlərin ödənişlərində də problemlər yaradır. Digər məsələ əmək bazarındakı gərginliklə bağlıdır. Bəzi insanlar kredit götürdükdən sonra işsiz vəziyyətə düşür və banka olan borcları qaytarmaqda çətinlik çəkirlər. Həmçinin bir sıra banklarda yoxlamaların zəifləməsi ayrı-ayrı kredit mütəxəssislərinin düzgün olmayan qaydalarla kredit verməsinə səbəb ola bilir. O cümlədən, bankların maliyyələşdirilməsi və Azərbaycan Mərkəzi Bankından (AMB) aldıqları borcun faiz dərəcəsinin artması, ümumi kredit – bankların siyasətində faiz dərəcələrinə təsir edir. Təbii ki, bu, kreditlərin ödənişində problem yaradır. Ayrı-ayrı sektorlarda müşahidə olunan çətinliklər də problemli kreditlərin artmasına yol açan amillərdəndir. Tutaq ki, kredit götürən tikinti şirkəti hər hansı səbəbdən bürokratiya ilə üzləşirsə, yaxud mənzilləri sata bilmirsə, bu, onların iflasına və nəticədə bank borclarının ödənilməməsinə gətirib çıxara bilər”.

Elçin Rəşidov

Ekspert bildirib ki, Ümumi daxili məhsulun (ÜDM), neft istehsalının azalması kimi məsələlər də əhalinin gəlirinə mənfi təsir edir:

“Hazırda problemli kreditlərin artımı ümumi bank sektorunun zəifləməsinə səbəb olur. Bilirsiniz, vaxtilə bəzi banklar problemli kreditlərə görə iflas olmuşdular. Belə hallar həm də depozit faizlərini azalda, ölkədə ümumi maliyyə sabitliyini poza bilir. Prosesin ümumi iqtisadi aktivliyə də zərərləri mümkündür. Banklar kredit verərkən daha ehtiyatlı davranmağa çalışırlar, xüsusən sahibkarlar lazımi kreditləri tapa bilmirlər. Bu, istehlakçılara da aiddir. O cümlədən, investorların banklara etimadının azalması nəticədə daha az yatırım etmələrinə gətirib çıxarır. Hesab edirəm ki, AMB başda olmaqla, maliyyə qurumları tədbirlər həyata keçirməlidirlər. Problemli kreditlərin artması ciddi siqnaldır”.

İqtisadçı qeyd edib ki, ilk növbədə Azərbaycan Mərkəzi Bankı çətin vəziyyətdə olanların müəyyən edilməsi qaydalarını təyin edərək onlar üçün xüsusi dəstək fondu yarada bilər:

“Daha uzunmüddətli yollardan biri banklara nəzarətin gücləndirilməsidir. AMB bankların risk idarə etməsini, kredit portfelini gələcəkdə nəzərdən keçirərək onların düzgün qərarlar verməsinə nail ola bilər. Əhali arasında isə maliyyə savadlılığı artırılmalıdır. Çünki bəzən insanlar istehlakçı kreditlərini doğru qiymətləndirmədən götürürlər”.

Günay Rəsulqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:231
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 Aprel 2025 07:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see384

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see366

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see307

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see300

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see295

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see291

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see287

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see271

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see247

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see240

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see230

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see229

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see227

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see225

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see222

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see220

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see203

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see189

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri