Icma.az
close
up
RU
Kreditin vaxtını dəyişmək istəyənlərin NƏZƏRİNƏ KONKRET

Kreditin vaxtını dəyişmək istəyənlərin NƏZƏRİNƏ KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son zamanlar bir çox vətəndaşlar kreditlərin ödəniş tarixinin dəyişdirilib-dəyişdirilə bilməsi ilə maraqlanır.

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçılar məsələni şərh ediblər.

İqtisadçı Xalid Kərimli bildirib ki, kreditin ödəniş vaxtını dəyişmək mümkündür, lakin bu, kredit verən qurumun razılığı ilə həyata keçirilə bilər:

Xalid Kərimli

“Kreditin ödəniş vaxtını dəyişmək kredit verən strukturun razılığı ilə mümkündür. Çünki burada iki tərəf var: kredit verən və kredit götürən. Bankın razılığı ilə ödəniş tarixini dəyişmək mümkündür və bu proses “restrukturizasiya” adlanır.

Banklar adətən buna çox da həvəsli olmurlar, yalnız məcbur qaldıqda bu addımı atırlar. İlkin şərtlərin dəyişdirilməsi, əslində, müəyyən çətinliyin və riskin artmasının göstəricisidir”.

İqtisadçı ekspert Əkrəm Həsənov isə qeyd edib ki, bu dəyişiklik yalnız bank və ya bank olmayan kredit təşkilatları ilə razılaşdırıldıqda mümkündür:

Əkrəm Həsənov

“Əgər kredit müqaviləsində hər ayın 3-nə qədər ödəniş nəzərdə tutulubsa, deməli, məhz o tarixədək ödəniş edilməlidir. Qrafikdə hansı gün göstərilibsə, o tarix əsas götürülür.

Gecikmə olarsa, hətta 1-2 gün də olsa bu, kredit tarixçəsində görünür. Düzdür, 1-2 gün gecikməyə görə ciddi problem yaranmır, lakin hər bir halda bu, gecikmə hesab olunur və tarixçəni korlaya bilər. Bunun qarşısını almaq üçün kredit götürən şəxs bankla razılaşıb ödəniş tarixini dəyişdirə, məsələn, ayın 3-dən 6-na kimi uzadır. Bu isə yenidən müqavilə bağlanmaqla mümkündür”.

Beləliklə, ekspertlər vurğulayırlar ki, kreditin ödəniş tarixi yalnız kredit verən tərəfin razılığı və yeni müqavilə əsasında dəyişdirilə bilər.

Aynurə İsmayıl

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://konkret.az
archiveBu xəbər 04 Oktyabr 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see175

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri