Kreditlə bağlı əhaliyə MÜHÜM XƏBƏR: Borclu ödənişi etmədiyi halda
Dogru.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Kredit götürən şəxs dünyasını dəyişdiyi halda borcun taleyi ilə bağlı tez-tez suallar yaranır. Hüquqşünasların sözlərinə görə, belə hallarda məsuliyyət həm zamin, həm də vərəsələr baxımından ayrı-ayrılıqda qiymətləndirilir.
Oxu24.com xəbər verir ki,əgər kredit müqaviləsi üzrə zamin mövcuddursa, banklar praktikada ilk növbədə tələbi zaminə yönəldirlər. Çünki zamin kredit müqaviləsinə qol çəkərkən öhdəlik götürür ki, əsas borclu ödənişi etmədiyi halda borcu özü ödəyəcək. Bu baxımdan zaminlik könüllü və hüquqi məsuliyyət yaradan öhdəlikdir. Bank da məhz bu əsasla zamindən ödəniş tələb edir.
Lakin məsələ bununla bitmir. Zamin ödədiyi məbləği sonradan mərhumun vərəsələrindən tələb etmək hüququna malikdir. Burada əsas məqam vərəsəliyin qəbul edilib-edilməməsidir.
Əgər mərhumun əmlakı varsa və vərəsələr mirası qəbul ediblərsə, onlar borca mirasın dəyəri həddində məsuliyyət daşıyırlar. Məsələn, mərhumun 5.000 manatlıq əmlakı var, lakin banka 25.000 manat borcu qalıbsa, vərəsələr maksimum 5.000 manat həddində məsuliyyət daşıyacaqlar. Qalan məbləğ üzrə tələb irəli sürülə bilməz.
DOĞRU.AZ
Baxış sayı:178
Bu xəbər 24 Fevral 2026 02:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















