Icma.az
close
up
RU
Kreditlə maşın alanların nəzərinə Gündəlik 30 manatla...

Kreditlə maşın alanların nəzərinə Gündəlik 30 manatla...

Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son zamanlar ölkədə avtomobil alışı ilə maraqlanan vətəndaşların sayı əhəmiyyətli dərəcədə artıb. Xüsusilə, taksi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün kreditlə avtomobil almaq daha əlçatan və sərfəli alternativ kimi önə çıxır. Əlverişli şərtlərlə təqdim olunan nəqliyyat vasitələri həm şəxsi istifadəyə, həm də gəlir məqsədli fəaliyyətə imkan yaradır.

Bəs az miqdarda ilkin ödənişlə avtomobil sahibi olmaq mümkündürmü?

Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən avtoekspert Sərxan Qədirov bildirib ki, bu gün avtomobil bazarında 5000-6000 manat ilkin ödənişlə avtomobil almaq realdır. Onun sözlərinə görə, bu məbləğlə əsasən taksi fəaliyyəti üçün uyğunlaşdırılmış, gündəlik orta hesabla 30-35 manat gəlir gətirə biləcək avtomobillər təqdim olunur. Bu maşınların ümumi qiyməti 20 min manatdan başlayaraq 45 min manata qədər dəyişir.

Avtomobillərin əksəriyyəti kreditlə satılır və ilkin ödəniş ümumi dəyərin 40-50 faizini təşkil edir. Bu təkliflərə daha çox işlənmiş, lakin yaxşı vəziyyətdə olan avtomobillər daxildir. Ekspertin fikrincə, bu təcrübə xüsusilə yeni işə başlamaq istəyən şəxslər üçün maliyyə baxımından daha əlverişlidir.

Sərxan Qədirov eyni zamanda bazarda sıfır kilometrlik, xüsusilə Çin istehsalı olan avtomobillərin də mövcud olduğunu qeyd edib. Bu nəqliyyat vasitələri qiymət və texniki baxımdan sərfəli görünsə də, uzunmüddətli dözümlülük və servis məsələlərində bəzi risklər daşıya bilər. Bu səbəbdən alıcılara avtomobil seçimində diqqətli olmaq, təyinat və istifadə məqsədinə uyğun seçim etmək tövsiyə olunur.

Nəticə olaraq, az miqdarda ilkin ödənişlə avtomobil almaq istəyən vətəndaşlar üçün bazarda müəyyən imkanlar mövcuddur. Lakin bu imkanlardan yararlanarkən avtomobilin texniki durumu, servis təminatı və maliyyə şərtləri diqqətlə araşdırılmalıdır.

Ülkər Abdurahmanlı/Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 28 İyul 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see375

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see373

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see334

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see323

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see306

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see305

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see301

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see266

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see250

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see239

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see229

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see200

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see199

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see197

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see193

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see183

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see181

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see176

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see173

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri