Icma.az
close
up
RU
Kreditlər iqtisadi aktivliyi səmərəli edə bilər İQTİSADÇI EKSPERT DANIŞDI

Kreditlər iqtisadi aktivliyi səmərəli edə bilər İQTİSADÇI EKSPERT DANIŞDI

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Onlayn kredit sistemlərinin müsbət tərəflərini qeyd etməklə başlayaq: Online kreditin üstünlükləri riskli tərəfləri ilə müqayisədə daha çoxdur". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Günay Hüseynova deyib.

Onun sözlərinə görə, bundan əlavə, online kreditlər həm fiziki şəxslər, həm də sahibkarlar üçün əlçatan və rahatdır: "Vaxt baxımından da əhəmiyyətlidir — cəmi 15 dəqiqə, maksimum 1 saat ərzində hazır olur. Ənənəvi kreditlərlə müqayisədə prosesi daha sadədir, çünki müraciət edən şəxs sənədlərlə məşğul olmur. Sadəcə şəxsiyyət vəsiqəsi məlumatlarını sistemə daxil edir və sistem həmin şəxsin kredit tarixçəsini, borclarını, əmək fəaliyyətini və digər vacib məlumatları özü görür.

Kiber təhlükəsizlik baxımından da müsbət tərəflər mövcuddur. Amma burada riskli tərəf də yaranır — şəxsi məlumatların sistem tərəfindən əldə olunması onların bazalarda toplanmasına və kibertəhlükəsizlik baxımından riskə səbəb ola bilər. Digər riskli tərəf isə maliyyə savadlılığının aşağı olmasıdır. Hər kəs faiz dərəcələrini və komissiya haqlarını düzgün hesablaya bilmir. Kredit asan şəkildə əldə olunur, lakin təfərrüatları bilmədən borc götürmək risklidir. Kredit mütəxəssisi ilə məsləhətləşmə imkanı olmadığından insanlar lazım olub-olmadığını düşünmədən kreditə müraciət edirlər.

İllərdir bir iqtisadçı kimi şəxsi mövqeyim budur: Lazımsız əşya və ya avadanlıq üçün kredit götürmək məsləhət deyil. İnsanlar əksər hallarda yalnız əmək haqqına güvənərək kredit götürürlər, əlavə gəlirləri olmadan. Sonradan iş və ya əmək qabiliyyəti itdikdə bu, böyük problemə çevrilir — əmlaka həbs qoyulur, məhkəmə prosesləri başlayır və çətinliklər yaranır. Düşünürəm ki, bu sahədə dövlət və banklar tərəfindən müəyyən məhdudiyyətlərin tətbiq olunması vacibdir. Lazımsız xərclərlə götürülən kreditlər sonradan insanları zəruri əmlaklarını satmağa məcbur edir, üstəlik banklara borclar artıqlaması ilə qaytarılır. Məhkəmə xərcləri və dövlət orqanlarının iş yükü artır.

İqtisadi aktivlik baxımından kreditlər səmərə verə bilər. Amma günümüzdə ödənməyən, gecikdirilən kreditlərin sayı artıb, bu da banklarda və büdcədə likvidlik problemi yaradır. Bu səbəbdən düşünürəm ki, bu prosedura dövlət səviyyəsində yenidən baxılmalıdır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://sia.az
archiveBu xəbər 28 Oktyabr 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see275

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see237

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see212

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see206

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see191

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see182

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see171

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see158

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see157

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see156

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see151

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see148

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri