Kreditlərlə bağlı təhlükə böyüyür: Borclar 600 milyonu keçdi
Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.
Rəsmi statistikaya görə, vaxtı keçmiş kreditlərin məbləği artıq 600 milyon manatı ötüb. Dövlət Statistika Komitəsinin açıqladığı məlumata əsasən, ödəmə müddəti keçmiş kreditlərin həcmi son bir il ərzində 28.7 faiz artıb.
Mərkəzi Bankın məlumatına görə, kreditlərin 93.8 faizi banklar, qalan hissəsi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.
“Yeni Sabah” Xəzər TV-yə istinadən xəbər verir ki, ekspertlər bəzi hallarda vətəndaşların bir neçə kredit öhdəliyinin olmasının geri ödəmə imkanlarını çətinləşdirdiyini bildirirlər. Maliyyə planlamasının düzgün aparılmaması da riskləri artıran əsas səbəblərdən biri hesab olunur. pizza
Ekspertlərin fikrincə, bank sektorunda həm kredit, həm də əmanət portfelinin böyüməsi maliyyə aktivliyinin artdığını göstərsə də, problemli kreditlərin çoxalması risklərin ciddi nəzarətdə saxlanılmasını vacib edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:192
Bu xəbər 25 May 2026 08:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















