Icma.az
close
up
RU
Kreditlərlə bağlı yeni təminat mexanizmi

Kreditlərlə bağlı yeni təminat mexanizmi

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Məlum olduğu kimi, hazırda Azərbaycanda bank kreditləri ilə bağlı yeni təminat mexanizmi hazırlanır. Gözlənilən yeniliyə əsasən, borcalan şəxs işsiz qaldığı təqdirdə və müəyyən şərtlərə cavab verərsə, kredit ödənişlərinin bir hissəsi və ya hamısı sığorta vasitəsilə qarşılana bilər. Bu təşəbbüs həm vətəndaşların maliyyə risklərini azaltmaq, həm də problemli kreditlərin sayının azalmasına töhfə vermək məqsədi daşıyır. Yeni mexanizmin hansı qaydalarla tətbiq ediləcəyi isə ictimaiyyət üçün maraq doğuran əsas məsələlərdəndir.

İqtisadçı millət vəkili Vüqar Bayramovun sözlərinə görə, yeni qaydalara əsasən, kredit risklərinin sığortalanması təsdiq olunacaq qaydalarda nəzərdə tutulan hallar baş verən zaman ödənilə bilməyən borcun üçüncü tərəfin vəsaiti hesabına bağlanması nəzərdə tutulacaq. Borcalanların həyatı, ölümü və əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanması artıq tətbiq olunur və bu, Mərkəzi Bankın qaydaları ilə tənzimlənir. Hazırlanan yeni qaydalar birbaşa kredit götürən şəxslərin işsiz qalma riskindən sığortalanmasını nəzərdə tutur: "Bəzi hallarda vətəndaşlarımız kredit götürürlər, amma onlardan asılı olmayan səbəbdən həmin kreditin ödənilməsində çətinlik yaranır. Vətəndaşımızın iş yeri bağlanır və ya işdən azad olunur və yaxud bir sıra digər birbaşa onun özündən asılı olmayan hallar baş verir, nəticədə həmin kreditin geri qaytarılmasında çətinlik yaranır. Kreditin və ya kredit riskinin sığortalanması belə hallar baş verən zaman öhdəliyin sığorta şirkəti tərəfindən ödənilməsinə imkan verəcək. Kredit risklərinin sığortalanması həm vətəndaşları maliyyə baxımından qoruyacaq, həm də bankların risklərini azaldacaq. Burada əsas məqamlardan biri bu sığorta növünün tətbiq ediləcəyi halda kredit götürən şəxsin xərci ilə bağlıdır. Belə ki, sığortadan istifadə etmək kredit götürən üçün əlavə xərc deməkdir və yalnız sığorta ödənişləri həyata keçirildiyi halda sığorta hadisəsi baş verən zaman öhdəliklər qarşılana bilər. Bu, kredit götürən şəxslərin məşğulluğunu itirmə hallarında sığortalanmasıyla yanaşı, kreditin xərc strukturunun dəyişməsi, onların kredit ödənişlərinin sığorta tərəfindən qarşılanması, öhdəliklərin kredit götürən və bank arasında bölüşdürülməsi və eləcə də məşğulluğun itirilməsi riskinə qarşı sığortanın tətbiqinin kredit bazarına təsirinin qiymətləndirilməsini də aktuallaşdırır. Azərbaycanda kredit faizlərinin yüksək olduğunu nəzərə alsaq, banklar müəyyən faiz azalmalarına getməklə bu sığorta növünün tətbiqi halında kredit xərclərindəki artımı kompensasiya edə bilərlər. Bu halda kredit götürən üçün ciddi xərc yaratmadan bu sığorta növünün tətbiqi mümkündür. Bütün hallarda, kredit risklərinin sığortalanması ilə bağlı yeni qaydaların daha qısa zamanda təsdiqi məqsədəuyğun olardı və bu, bank sektorunda mütərəqqi dəyişiklik olmaqla yanaşı, bankların da risklərini azalda bilər".

İqtisadçı-ekspert Günay Hüseynova bildirib ki, hazırda kreditlərin sığortalanması üçün hüquqi və praktiki mexanizmlər mövcuddur. Lakin bu imkanlardan istifadə, əksər hallarda, vətəndaşın seçimindən asılı olur və əlavə sığorta haqqının ödənilməsini tələb edir. Məhz bu səbəbdən bir çox borcalan əlavə xərc çəkməmək üçün kredit sığortasından imtina edir ki, bu da sonradan problemli kreditlərin sayının artmasına gətirib çıxarır: "Hazırda gündəmdə olan yeni mexanizmlərin şərtləri və tətbiq qaydaları hələ ictimaiyyətə tam açıqlanmadığından onların effektivliyi barədə qəti fikir söyləmək tezdir. Kreditlərin sığortalanmasının məcburi xarakter daşıması həm vətəndaşların, həm də maliyyə institutlarının maraqlarına xidmət edə bilər. Kredit götürən şəxsin vəfat etməsi və ya öhdəliklərini yerinə yetirməsinə mane olan digər gözlənilməz hallar baş verdikdə, kredit borcu əksər hallarda vərəsələrin üzərinə keçir. Bu isə mirasın bölüşdürülməsi zamanı əlavə hüquqi və maliyyə problemlərinin yaranmasına səbəb olur. Belə vəziyyətlərdə ailələr həm maddi, həm də psixoloji baxımdan çətinliklərlə üzləşirlər".

Ekspert vurğulayıb ki, bu cür halların artması bankların və digər kredit təşkilatlarının kredit portfelinə də mənfi təsir göstərir: "Problemli kreditlərin çoxalması maliyyə sektorunda riskləri artırır, kredit təşkilatlarının itkilərinə səbəb olur və nəticədə həm kreditor, həm də borcalan tərəf zərər çəkir. Kredit sığortasının məcburi tətbiqi bu risklərin əhəmiyyətli hissəsini aradan qaldıra bilər. Belə ki, borcalanla bağlı gözlənilməz hadisə baş verdiyi halda, sığorta şirkəti müqavilə şərtlərinə uyğun olaraq öhdəlikləri qarşılayar və kredit borcu kompensasiya olunar. Bu, bir tərəfdən vətəndaşın ailəsini əlavə maliyyə yükündən qoruyar, digər tərəfdən isə bankların problemli kreditlərinin azalmasına və maliyyə sabitliyinin güclənməsinə töhfə verər".

G.Hüseynova hesab edir ki, kredit bazarında risklərin minimuma endirilməsi üçün sığorta mexanizmlərinin daha geniş tətbiqi vacibdir: "Məcburi kredit sığortası həm borcalanların sosial müdafiəsini gücləndirə, həm də bank sektorunda risklərin idarə olunmasını daha səmərəli edə bilər. Lakin bu istiqamətdə qəbul ediləcək yeni qaydaların şəffaf, əlçatan və vətəndaşların maliyyə imkanlarını nəzərə alan prinsiplər əsasında hazırlanması mühüm əhəmiyyət daşıyır".

Sevinc QARAYEVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://525.az
archiveBu xəbər 31 İyul 2026 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see360

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see358

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see319

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see308

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see307

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see292

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see290

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see281

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see249

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see247

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see238

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see233

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see230

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see229

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see220

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see213

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see191

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see189

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri