Kreml: ABŞ nin hərbi yardımı dayandırması Ukraynanı sülh prosesinə doğru sövq edə bilər
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Əgər ABŞ həqiqətən də Ukraynaya hərbi yardımı dayandırmaq qərarına gəlsə, bu, Ukraynanı sülh prosesinə doğru irəliləməyə sövq edə bilər.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bugünkü brifinqində bildirib.
Onun sözlərinə görə, Vaşinqtonun Kiyevə hərbi yardımı dayandırmaq qərarının təfərrüatlarını hələ öyrənmək lazımdır.
“Sözsüz ki, hələ də detalları dəqiqləşdirmək lazımdır, lakin bu doğrudursa, bu, həqiqətən də Kiyev rejimini sülh prosesinə doğru sövq edə biləcək qərardır”, - Kreml sözçüsü vurğulayıb.
Qeyd edək ki, martın 3-də “Reuters” Ağ Evin sözçüsünə istinadən ABŞ prezidenti Donald Trampın Kiyevə bütün hərbi yardımların çatdırılmasını dayandırmaq barədə göstəriş verməsi ilə bağlı məlumat yayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 04 Mart 2025 13:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















