Icma.az
close
up
RU
KREML BAŞ NAZİRİ ÖLÜMLƏ TƏHDİD EDİB Rusiya kəşfiyyatı Avropada hərəkətə keçib

KREML BAŞ NAZİRİ ÖLÜMLƏ TƏHDİD EDİB Rusiya kəşfiyyatı Avropada hərəkətə keçib

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Rusiya xüsusi xidmət orqanları Belçikanın siyasi və maliyyə dairələrinə qarşı təzyiq və hədələmə kampaniyası aparıb. Məqsəd Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya yardım üçün istifadəsinin qarşısını almaq olub.

“AzPolitika” bildirir ki, bu barədə “The Guardian” qəzeti Avropa kəşfiyyat xidmətlərindəki adları açıqlanmayan mənbələrə istinadən yazır.

Nəşrin mənbələrinin bildirdiyinə görə, təzyiqlərə məruz qalan əsas fiqurlar arasında Rusiyanın Mərkəzi Bankına məxsus dondurulmuş aktivlərin böyük hissəsinin saxlanıldığı depozitar – “Euroclear”in rəhbər şəxsləri də olub. Xüsusilə şirkətin baş icraçı direktoru Valeri Urbain və digər yüksək vəzifəli menecerlərin ünvanına hədələr daxil olub. “Euroclear” məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Mənbələrin iddiasına görə, bu kampaniyanı Rusiyanın hərbi kəşfiyyat qurumu GRU həyata keçirib. Təhdidlərin real təhlükə səviyyəsi ilə bağlı müzakirələr aparılsa da, Avropa rəsmilərindən biri bildirib ki, “onlar açıq şəkildə qorxutma taktikasından istifadə ediblər”.

“The Guardian” həmçinin Belçikanın Baş naziri Bart de Veferin "La Libre" qəzetinə verdiyi müsahibədən sitat gətirib. Baş nazir bildirib ki, Rusiya aktivlərinin müsadirəsi Moskva tərəfindən sakit qarşılanmayacaq: “Kim inanır ki, Putin Rusiyanın aktivlərinin müsadirəsini sakit qəbul edəcək? Moskva bizə açıq şəkildə çatdırıb ki, bu baş verərsə, Belçika və şəxsən mən bunun nəticələrini əbədi olaraq hiss edəcəyik”.

De Veferdən bu açıqlamalarla bağlı əlavə şərh istənildikdə, onun dəftərxanası əvvəlki bəyanatlara istinad edərək hüquqi və maliyyə risklərini vurğulayıb. Baş nazir oktyabr ayında keçirdiyi mətbuat konfransında da “əbədi nəticələrdən” danışaraq, Rusiyanın cavab tədbirləri sırasında Rusiya banklarında dondurulmuş Qərb vəsaitlərinin müsadirəsini və Qərb şirkətlərinin həbsini istisna etmədiyini bildirib.

Belçika hökuməti rəsmi olaraq hələ də Rusiya aktivlərinin birbaşa istifadəsinə qarşı çıxır. Bununla belə, ölkə rəsmiləri etiraf edirlər ki, müəyyən mərhələdə bu vəsaitlər Ukraynaya dəstək məqsədilə istifadə olunmalı olacaq. Baş nazir Bart de Vefer isə bunun yalnız Avropa İttifaqına üzv bütün ölkələrin mümkün risklərə görə ortaq məsuliyyət daşıması və yetərli maliyyə təminatlarının verilməsi şərti ilə mümkün olduğunu bildirib.

Xatırladaq ki, dekabrın əvvəlində Rusiya Mərkəzi Bankı Euroclear-ə qarşı Moskva Arbitraj Məhkəməsində 18,1 trilyon rubl məbləğində iddia qaldırıb. Rusiya Mərkəzi Bankı iddianın “Euroclear”in qanunsuz hərəkətləri nəticəsində dəymiş zərərlər” və Avropa Komissiyasında müzakirə edilən Rusiya aktivlərinin birbaşa və ya dolayı istifadəsi mexanizmləri ilə bağlı olduğunu açıqlayıb.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 18 Dekabr 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see228

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see228

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see223

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see221

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see201

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see196

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see195

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see183

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see182

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see179

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see173

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see170

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see164

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see162

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see160

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see157

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see149

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see145

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see145

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri