Icma.az
close
up
RU
Kreml böhranla üz üzə: Stalin yanaşması Rusiyanı çökdürür

Kreml böhranla üz üzə: Stalin yanaşması Rusiyanı çökdürür

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Rusiyada 2026-cı il üçün büdcə hazırlıqları öncəsi Kreml çətin maliyyə qərarları ilə üz-üzə qalıb.

Modern.az xəbər verir ki, bu barədə "Financial Times" yazır.

Bildirilir kiki, müharibə iqtisadiyyatı ölkənin maliyyə dayanıqlığını getdikcə daha çox sınağa çəkir.

Maliyyə Nazirliyinin açıqlamasına görə, 2025-ci ilin yanvar–avqust aylarında enerji sektorundan gəlirlər ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz azalıb. İqtisadi artım tempi də zəifləyib, ötən il 4,3 faiz artım qeydə alınmışdısa, bu il göstəricinin 1,4 faizə enəcəyi, növbəti üç ildə isə 2 faizi keçməyəcəyi proqnozlaşdırılır. Rusiya Mərkəzi Bankı xəbərdarlıq edib ki, mənfi ssenaridə ölkəni ciddi resessiya gözləyə bilər.

Analitiklərin fikrincə, Kreml “Stalin yanaşması”nı davam etdirir: hər şey cəbhə üçün, hər şey müharibə üçün. 2022-ci ildən bəri hərbi xərclər nominal olaraq iki dəfə artıb. Bunun nəticəsində büdcə kəsiri də böyüyüb. Vladimir Putinin sözlərinə görə, 2025-ci ilin ilk yarısında federal büdcənin kəsiri 4,9 trilyon rubl (təxminən 61 milyard dollar) təşkil edib. Bu da ÜDM-in 2,2 faizi deməkdir, halbuki əvvəlcə kəsirin 0,5 faiz olması planlaşdırılmışdı.

Maliyyə naziri Anton Siluanov dövlət başçısına bildirib ki, bütün öhdəliklərin yerinə yetirilməsi üçün əlavə resurslar axtarılır. Ekspertlərin hesablamasına görə, hökumət bəzi sahələrdə, xüsusilə də idman klubları, sanatoriyalar və digər subsidiyalı istiqamətlərdə xərcləri azaldaraq 2 trilyon rubl qənaət edə bilər. Qalan hissənin isə daxili borclanma ilə ödənəcəyi gözlənilir. İyun ayında Mərkəzi Bankın əsas faiz dərəcəsini 21 faizdən 18 faizə endirməsi borc yükünü bir qədər yüngülləşdirib.

FT yazır ki, Kreml yeni büdcə layihəsini sentyabrın ortalarında təqdim etməlidir. Lakin zəifləyən enerji gəlirləri, davamlı inflyasiya, işçi qüvvəsinin çatışmazlığı və sanksiyalar fonunda 2026-cı il üçün planlaşdırılan maliyyə sənədi hökumətin ən çətin imtahanlarından biri olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Sentyabr 2025 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri