Kreml BRİKSin yeni tərəfdaş ölkələrinin siyahısını açıqlayıb
Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
...Rusiya doqquz ölkədən BRİKS dövlətlərarası assosiasiyasının tərəfdaşı olmağa hazır olduqlarını təsdiqləyib və onlara bu status 2025-ci il yanvarın 1-dən veriləcək.
SİA TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov deyib.
...Bu günə qədər Belarus, Boliviya, İndoneziya, Qazaxıstan, Kuba, Malayziya, Tailand, Uqanda və Özbəkistandan BRİKS-in tərəfdaş ölkələri olmağa hazır olduqları barədə təsdiqlər gəlib. Yanvarın 1-dən bu dövlətlər rəsmi olaraq bu statusu alacaqlar.
Bunu Kreml nümayəndəsi qeyd edib.
Uşakov həmçinin əlavə edib ki, Moskva daha dörd ölkədən gələn dəvətlərə cavab gözləyir.
Daha əvvəl Uşakov bildirmişdi ki, Səudiyyə Ərəbistanı BRİKS-ə iştirakçı ölkə kimi dəvət olunub, lakin Ər-Riyad təşkilata daxil olmaq barədə yekun qərar verməyə tələsmir.
Əli Babayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 23 Dekabr 2024 20:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















