Icma.az
close
up
RU
“Kreml daha 280 min insanı səfərbər etməyi planlaşdırır” “Ukraynaya dəstək xeyriyyəçilik deyil...”

“Kreml daha 280 min insanı səfərbər etməyi planlaşdırır” “Ukraynaya dəstək xeyriyyəçilik deyil...”

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Rusiya təcavüzü 2014-cü ildə Krımın işğalı və Donetsk və Luqansk vilayətlərində hərbi əməliyyatlarla başlayıb. Tammiqyaslı işğaldan sonra biz 2022-ci ildən müvəqqəti olaraq işğal olunmuş ərazilərin 40%-ni azad etmişik. Rusiyanı Qara dənizdəki hökmranlıqdan məhrum etdik və 2024-cü ildə döyüşləri düşmən ərazisinə keçirərək Kursk əməliyyatına başladıq”.

“AzPolitika” bildirir ki, bunu Ukraynanın Azərbayandakı səfiri Yuri Qusev “Haqqin.az”a müsahibəsində bildirib.

Diplomat hazırda cəbhədə vəziyyətin ağır olaraq qaldığını vurğulayıb: “Hər gün pilotsuz təyyarələr və raketlərlə hücum edən Rusiya bəzi sektorlarda say üstünlüyünə malikdir. Bununla belə, böyük itkilər verir - gündə təxminən 1500 nəfər. İşğalçı rus ordusunun ümumi itkiləri 895 000 əsgəri keçib. Bu böyük itkilərə baxmayaraq, düşmən əhəmiyyətli irəliləyiş əldə edə və Ukraynanın yeni ərazilərinin işğalına nail ola bilmədi”.

Y.Qusev deyib ki, Ukrayna düşmənin əsas hərbi hədəflərini məhv etmək üçün pilotsuz texnologiyalardan fəal şəkildə istifadə edir. Onun sözlərinə görə, 2024-cü ildə pilotsuz təyyarələr 461000-dən çox hədəfi vuraraq düşmənin 13000 artilleriya sistemini məhv edib. “Biz Rusiyanı Qara dəniz donanmasının 33%-ni məhv etmişik, onu Novorossiyskə köçməyə məcbur etdik”, - səfir vurğulayıb.

Diplomat bildirib ki, Rusiya Ukrayna ərazilərinə zərbələr endirməkdə davam edir, lakin Ukrayna təcavüzkarın hərbi obyektlərinə - silah anbarlarına, aerodromlara və digər obyektlərə zərbələr endirməklə effektiv cavab verir. “Biz Ukrayna bütün dünya ictimaiyyəti ilə birlikdə ədalətli sülhə tam nail olana qədər mübarizəmizi davam etdirəcəyik”, - o qeyd edib.

Ukrayna səfiri vurğulayıb ki, Rusiya tərəfi sülhə hazırlaşmır - hərbi istehsalı artırmağa davam edir, ordunun sayını 150 min nəfər artırır və 12-15 yeni diviziya təşkil edir. Onun sözlərinə görə, Rusiya artıq bu qüvvələrin bir hissəsini Belarusda, Ukrayna ilə sərhəddə təlimlərə hazırlayır ki, bu da yeni hücum hərəkətlərinə hazırlaşdıqlarını göstərir. “2025-ci ildə Kreml itkiləri ödəmək üçün daha 280 min insanı səfərbər etməyi planlaşdırır”,- o əlavə edib.

Yuri Qusev müsahibədə onu da vuyrğulayıb ki, Ukrayna təkcə özünü müdafiə etmir: “Biz milyonluq rus ordusunu geridə saxlayırıq. Rusiyanın 220 döyüş briqadası, Ukraynanın 110, bütün Avropanın isə 80 döyüş briqadası var. Ukrayna olmasa, Avropa təhlükə altında olacaq. Kreml ballistik və qanadlı raketlərin, idarə olunan bombaların və pilotsuz təyyarələrinin istehsalını xeyli artırıb. Rusiya komandanlığına görə, 2025-ci il üçün planlar reallaşarsa, Rusiya bir zərbə ilə 500-ə qədər kamikadze pilotsuz uçan aparat buraxa biləcək”.

Diplomat qeyd edib ki, əgər Rusiya tərəfi həqiqətən də sülh istəyirsə, Ukraynaya gündəlik hücumlarını dərhal dayandırmalı, müharibəni davam etdirmək üçün yeni səbəblər axtarmamalıdır. “21 noyabr 2024-cü ildə Rusiya ilk dəfə Ukraynaya qarşı orta mənzilli ballistik raketdən istifadə etdi və bundan əvvəl Şimali Koreya qoşunlarını müharibəyə cəlb etdi. Bu, Kremlin eskalasiya lehinə şüurlu seçim etdiyini sübut edir. “Ukraynaya dəstək xeyriyyəçilik deyil, bütün Avro-Atlantik birliyin və bütövlükdə dünyanın təhlükəsizliyinə ən yaxşı sərmayədir”, - səfir bildirib.

Rasim

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 01 Aprel 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see287

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see236

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see214

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see213

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see205

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see184

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see179

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see177

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see174

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see170

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see168

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see166

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see153

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see150

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see145

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see140

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see134

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see129

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see128

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri