Icma.az
close
up
RU
“Kreml əvvəl dezinformasiya yayır, sonra faktlar qarşısında susur” Politoloq

“Kreml əvvəl dezinformasiya yayır, sonra faktlar qarşısında susur” Politoloq

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son günlər Rusiyanın Polşanın hava sahəsini pilotsuz uçuş aparatları (PUA) ilə pozması beynəlxalq aləmdə ciddi narahatlıq doğurub. Bu, Rusiyanın uzun illərdir sərgilədiyi bir siyasətin davamıdır.

Politoloq Elxan Şahinoğlunun fikrincə, bu hadisə Azərbaycanın mülki təyyarəsinin vurulması ilə paralel şəkildə qiymətləndirilə bilər. “Rusiyanın Polşanın hava sahəsini dronlarla pozması Azərbaycanın mülki təyyarəsini raketlə vurmasına bənzəyir,” – deyə Elxan Şahinoğlu bildirib.

O xatırladıb ki, Azərbaycan təyyarəsi vurulanda ilkin mərhələdə Rusiya tərəfi məsuliyyəti boynundan atmaq üçün müxtəlif dezinformasiyalar yaydı. Lakin hadisə yerində raket izləri və texniki sübutlar üzə çıxdıqdan sonra Rusiya rəsmiləri sükuta qərq oldular. “Kreml eyni siyasəti Polşaya münasibətdə də sərgiləyir. Əvvəl saytlar vasitəsilə dezinformasiya yayırlar – guya dronların Rusiya ordusuna aidiyyatı yoxdur. Amma faktlarla üz-üzə qalanda artıq susmağa üstünlük verirlər.”

Politoloq bu davranışın təsadüfi olmadığını, bunun Kremlin siyasi üslubunun bir hissəsi olduğunu qeyd edir. Onun sözlərinə görə, bu, Sankt-Peterburqun xuliqanlarla dolu küçələrinin Kremlin rəhbərliyinə "öyrətdiyi" siyasi davranış tərzidir. “Kremlin həm mülki təyyarənin vurulmasında, həm də Polşanın hava sahəsini pozmasında siyasəti eynidir: ‘Elədiyim hərəkətə – oxu: cinayətə – görə üzr istəyən deyiləm!’”

Elxan Şahinoğluna görə, bu siyasət beynəlxalq hüququ, suverenlikləri və hava məkanının toxunulmazlığını açıq şəkildə pozur və bunun qarşısında səssiz qalmaq daha böyük təhlükələrin yolunu açır.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 11 Sentyabr 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see250

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see243

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see238

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see194

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see181

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see181

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see173

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see167

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see152

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see151

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see143

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see133

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see132

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see130

20 istiqamətdə tıxac var

10 Dekabr 2025 08:38see128

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see127

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see126

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see120

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see120

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri