Icma.az
close
up
RU
Kreml “hazırıq” dedi, Zelenski YENİ PLANI açıqladı Ciddi dəyişiklik olacaq?

Kreml “hazırıq” dedi, Zelenski YENİ PLANI açıqladı Ciddi dəyişiklik olacaq?

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin müharibənin dayandırılması üçün ABŞ və Avropa ilə birgə plan hazırladığını bildirib. Onun sözlərinə görə, plan ABŞ Prezidenti Donald Trampın nümayəndələri və Avropa rəsmiləri ilə birgə hazırlanıb.

Sənəddə atəşkəsin elan olunması, Rusiya və Ukrayna qoşunlarının cəbhə xəttindən qarşılıqlı şəkildə geri çəkilməsi və bu ərazidə bufer zonasının yaradılması nəzərdə tutulur.

Rusiya bu planla razılaşacaqmı? pizza

"Yeni Sabah" xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Rəşad Bayramov bildirib ki, belə bir plan, prinsipcə, indiyədək mövcud olub və Rusiya tərəfindən rədd edilib:

“Bu səbəbdən Moskvanın Zelenskinin açıqladığı planı olduğu kimi qəbul etməsi ehtimalı aşağıdır. Lakin bu, Rusiyanın planı ümumiyyətlə müzakirə etməyəcəyi anlamına gəlmir. Əksinə, son günlər Rusiya tərəfi yeni sülh ideyalarını nəzərdən keçirməyə hazır olduğunu bildirir. Bununla yanaşı, Moskva əsas şərt kimi “yerdəki reallıqların” nəzərə alınmasını tələb edir. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov da avqustun 21-də Moskvanın yeni təkliflərə açıq olduğunu, lakin onların Rusiya rəhbərliyinin məqsədləri və mövcud ərazi vəziyyəti ilə uyğunlaşmalı olduğunu deyib”.

Politoloq qeyd edib ki, Zelenskinin açıqladığı planın ən mübahisəli hissəsi qoşunların qarşılıqlı geri çəkilməsi və bufer zonasının yaradılması ilə bağlıdır:

“Ukrayna üçün bu mexanizm müəyyən mənada kompromis kimi görünür. Kiyev bununla həm atəşkəsə razılaşmağa, həm də cəbhənin müəyyən hissələrində hərbi qüvvələrini geri çəkməyə hazır olduğunu göstərir. Planın ABŞ və Avropa ilə birlikdə hazırlanması isə Kiyevin prosesi yalnız Ukrayna-Rusiya razılaşması çərçivəsində deyil, daha geniş beynəlxalq mexanizmlə təmin etmək istədiyi mənasına gəlir.

Moskva üçün isə əsas suallar bufer zonasının harada yaradılacağı, ona kimin nəzarət edəcəyi və qoşunların geri çəkilməsinin Rusiyanın hazırda nəzarət etdiyi ərazilərin hüquqi, eləcə də siyasi statusuna necə təsir göstərəcəyi ilə bağlıdır. Rusiya indiyədək danışıqlarda ərazi tələblərini və Ukraynanın gələcək təhlükəsizlik arxitekturasına dair məhdudiyyətləri əsas prioritet kimi saxlayıb. Buna görə də Moskvanın cəbhə xəttindən hər iki tərəfin geri çəkilməsi formulunu əlavə şərtlər olmadan qəbul etməsi real görünmür. Kiyevin də bu şərtlərə müsbət yanaşacağı inandırıcı deyil. Moskva böyük ehtimalla atəşkəs prinsipini müzakirə edə bilər. Lakin qoşunların geri çəkilməsi, ərazilərin statusu, Ukraynanın təhlükəsizlik təminatları və bufer zonasına nəzarət məsələlərində ciddi dəyişikliklər tələb edəcək”.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 25 Avqust 2026 20:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see355

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see338

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see327

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see291

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see279

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see275

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see263

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see248

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see239

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see237

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see236

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see229

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see223

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see220

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see214

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see204

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see202

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see196

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see196

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri