Kreml Instagram , Facebook və YouTube nin nə vaxt blokdan çıxarılacağına aydınlıq gətirib
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Kreml "Instagram", "Facebook" və "YouTube" sosial şəbəkələrinin Rusiyada nə vaxt blokdan çıxarılacağına aydınlıq gətirib.
APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov adıçəkilən sosial şəbəkələrin ölkə ərazisində blokdan çıxarılması üçün onların Rusiya Federasiyası qanunlarına əməl etməsinin lazım olduğunu bildirib.
Onun sözlərinə görə, Rusiyada “Facebook” və “Instagram”a qoyulan qadağa Moskva və Vaşinqton arasında etibarla bağlı deyil, şirkətlər Rusiya qanunlarına əməl etməlidirlər.
Peskov bunun Rusiya Federasiyasının qanunlarının icrası ilə bağlı olduğunu qeyd edib. O vurğulayıb ki, Rusiya qanunvericiliyinə riayət etmək tələbi “YouTube”a da aiddir: “Amerikalılara nə qədər inamımız olsa da, bu, heç kimi Rusiya qanunlarına əməl etməkdən azad etməyəcək".
Qeyd edək ki, Meta korporasiyasına məxsus olan “Facebook” və “Instagram” Rusiya Federasiyasında ekstremist kimi tanınıb və qadağan olunub. "YouTube" isə ötən ilin avqustundan bloklanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 27 Fevral 2025 11:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















