Icma.az
close
up
RU
Kreml İrəvandan bunu tələb edəcək ŞOK DETALLAR

Kreml İrəvandan bunu tələb edəcək ŞOK DETALLAR

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

Rusiyanın Ermənistana qarşı iqtisadi təzyiqləri davam edir.

Məlumata görə, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətin (“Rosselxoznadzor”) rəhbəri Sergey Dankvert bəyan edib ki, Ermənistanın kənd təsərrüfatı məhsullarının idxalına qoyulan məhdudiyyətlər siyasi motivli deyil, əksinə, istehsalçılar arasında effektiv keyfiyyətə nəzarətin olmaması ilə əlaqədardır.

Bundan əvvəl “Rosselxoznadzor” elan etmişdi ki, iyunun 12-dən etibarən Ermənistandan bütün karantin məhsulları idxalını, həmçinin Rusiyadan keçməklə Aİİ-yə üzv ölkələrə tranzitini məhdudlaşdıracaq.

Dankvert “Rossiyskaya qazeta”ya müsahibəsində deyib:

“Bizim müəssisələrlə işləmək, laboratoriya testlərinin nəticələri, tədarüklər haqqında məlumatlar və aşkar edilmiş pozuntular uzun müddətdir”.

O qeyd edib ki, Ermənistanın problemi ilk növbədə istehsalın təşkili və nəzarətdədir. Çoxlu sayda kiçik fermerlər məhsul yetişdirir və ixrac edirlər, lakin istehsal və daşınma arasında faktiki olaraq heç bir daxili nəzarət və ya əməkdaşlıq sistemi yoxdur.

Rusiya rəmsilçisi əlavə edib ki, tənzimləyici orqanlar fiziki olaraq belə böyük həcmdə məhsulu yoxlamaq iqtidarında deyil.

“İstehsalçı birlikləri arasında əməkdaşlıq, istehsala nəzarət və hesabatlılıq olduqda, sistem effektiv işləyir. Bu gün çatışmayan şey budur. Buna görə də məhdudiyyətlərin səbəbləri siyasətdə deyil, məhsulun keyfiyyəti və təhlükəsizliyi sahəsindədir”, - Dankvert vurğulayıb.

Ermənistanda parlament seçkiləri ərəfəsində başlanan iqtisadi sanksiyaların davam etməsi fonunda Kremldən İrəvana sərt xəbərdarlıqların edilməsi, xüsusilə də Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqı arasında seçim etmək tələbinin qoyulması məsələnin birbaşa siyasi mahiyyətindən xəbər verir və məhsullara qoyulan məhdudiyyətlərin heç də keyfiyyətlə əlaqəli olmadığını söyləməyə əsas yaradır. Məgər on illər boyunca Ermənistan indikindən keyfiyyətli məhsullar istehsal, yaxud ixrac edirdi, Rusiyanın yadına keyfiyyət indi düşdü? Ancaq proses nə vaxta qədər davam edəcək? Rusiya Ermənistanın alternativ bazar axtarışlarının nəticə verməsinədək təzyiqləri davam etdirərsə, bu, onun faydasına olmayacaq. Elə isə Kreml nə zaman təzyiq rıçaqlarından əl çəkəcək? Hələlik Moskvadan Nikol Paşinyana seçkilərin nəticələri ilə bağlı təbrikin gəlməməsini də xatırlatmaq yerinə düşür…

Siyasi şərhçi Tural İsmayılov Musavat.com-a açıqlamasında bildirib ki, Ermənistan-Rusiya münasibətlərində uzun müddətdir müşahidə olunan geosiyasi gərginlik bu gün İrəvanın daxili siyasi təqviminin ən həssas nöqtəsində - parlament seçkiləri ərəfəsində və sonrasında - iqtisadi müstəviyə tam şəkildə transfer olunub:

“Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin Ermənistanın kənd təsərrüfatı məhsullarına tətbiq etdiyi məhdudiyyətləri xalis texniki və keyfiyyət standartları ilə əsaslandırmaq cəhdi beynəlxalq münasibətlər sistemində tez-tez istifadə olunan “ticarətin silahlandırılması” strategiyasının klassik nümunəsidir. Bu kontekstdə Kremlin İrəvana yönəlik iqtisadi təzyiq rıçaqlarının anatomiyasını, bu rıçaqların effektivlik limitlərini və Moskvanın hansı şərtlər daxilində geri çəkilə biləcəyini dərindən analiz etmək strateji zərurətdir. “Rosselxoznadzor”un rəhbəri Sergey Dankvertin Ermənistandakı kiçik fermer təsərrüfatlarının daxili nəzarət sisteminin zəifliyinə dair arqumentləri struktur baxımından əsassız görünməsə də, bu problemin məhz indi - İrəvanın Qərbə doğru strateji diversifikasiya kursunu sürətləndirdiyi dönəmdə fiksasiya edilməsi məsələnin əsl mahiyyətini ortaya qoyur. Ermənistanın kənd təsərrüfatı sektoru son onilliklərdə də eyni institusional problemlərdən - fraqmentasiya olunmuş istehsal, zəif laboratoriya infrastrukturundan - əziyyət çəkirdi. Moskva üçün fitosanitar nəzarət orqanları həmişə xarici siyasətdə “yumşaq təzyiq” aləti funksiyasını yerinə yetirib. Keçmişdə Gürcüstan şərablarına, Moldova meyvələrinə və Belarus süd məhsullarına qarşı tətbiq edilən eyni taktikalar göstərir ki, Rusiyanın fitosanitar rəyi birbaşa Kremlin geosiyasi temperaturuna həssasdır”.

T. İsmayılov qeyd edib ki, Ermənistandan gələn karantin məhsullarının Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinə tranzitinin belə məhdudlaşdırılması Moskvanın İrəvana təkcə Rusiya bazarını bağlamadığını, həm də onu regional logistik blokadaya almaq istədiyini nümayiş etdirir:

“Bu, Nikol Paşinyan hökumətinin Avropa İttifaqı (Aİ) ilə yaxınlaşma cəhdlərinə və Aİİ çərçivəsindəki passiv iştirakına qarşı asimetrik cəza tədbiridir. Seçkilərdən sonra Moskvadan Nikol Paşinyana təbrik məktubunun gəlməməsi, iqtisadi sanksiyaların siyasi arxitekturasını tamamlayan mühüm elementdir. Rusiya bu addımı ilə Ermənistandakı yeni siyasi konfiqurasiyanın legitimliyini tam tanımadığını və ya ən azı mövcud status-kvodan dərindən narazı olduğunu göstərir. Kremlin mesajı aydındır: Ermənistan rəhbərliyi Qərb platformalarında - Aİ və ABŞ ilə təhlükəsizlik formatları, mülki missiyaların genişləndirilməsindən söhbət gedir - yer alarkən, Rusiya iqtisadiyyatının və bazarının imtiyazlarından, məsələn, ucuz qaz, gömrüksüz ticarət, böyük ixrac bazarından faydalana bilməz”.

Ekspert hesab edir ki, Moskva İrəvanı kəskin “reallıq sınağı” qarşısında qoyur: ya tam inteqrasiya və loyallıq, ya da tam iqtisadi təcrid:

“Rusiyanın bu təzyiqləri nə vaxta qədər davam etdirəcəyi sualı birbaşa tərəflərin iqtisadi müqavimət gücü və geosiyasi qumarın payları ilə bağlıdır. İlk növbədə, Ermənistanın iqtisadi dözümlülük və diversifikasiya limiti bu müddəti təyin edən əsas amildir. Rusiya Ermənistanın ən böyük ticarət tərəfdaşıdır və Ermənistan ixracatının - xüsusilə kənd təsərrüfatı, konyak və emal sənayesi - asanlıqla Aİ və ya Yaxın Şərq bazarlarına reorientasiya olunması institusional və logistik baxımdan qısamüddətli perspektivdə qeyri-mümkündür. Avropa bazarı fitosanitar və keyfiyyət standartları baxımından Rusiyadan qat-qat sərtdir. Əgər Rusiya təzyiqləri Ermənistanda ciddi sosial-iqtisadi böhrana və daxili siyasi destabilizasiyaya səbəb olarsa Kreml öz məqsədinə çatmış hesab edəcək və şərtlərin yumşaldılması qarşılığında siyasi güzəştlər - məsələn, KTMT-yə qayıdış, anti-Rusiya ritorikasının dayandırılması - tələb edəcək. Digər tərəfdən, əgər Ermənistan hökuməti Qərb və regional tərəfdaşlarının - məsələn, İran və BƏƏ - köməyi ilə bu sanksiyaların fəsadlarını kompensasiya edə bilsə Rusiyanın təzyiq rıçaqı öz effektivliyini itirəcək. Strategiya elmində buna “təzyiqin əks-effekti” deyilir”.

Siyasi şərhçinin sözlərinə görə, təzyiqlər davam etdikcə, Ermənistan iqtisadiyyatı Rusiya asılılığından qurtulmaq üçün daha radikal addımlar atacaq:

“Rusiya rəhbərliyi rasional oyunçudur; əgər təzyiqlərin Ermənistanı Moskvadan qoparıb tamamilə Qərbin orbitinə itələdiyini fəhm etsə, taktiki geriçəkilmə edə bilər. Çünki Ermənistanı tam itirmək Moskvanın Cənubi Qafqazdakı sonuncu rəsmi forpostunun süqutu deməkdir. Moskva yalnız o zaman təzyiqləri dayandıracaq və rıçaqlardan əl çəkəcək ki, İrəvandan konkret geosiyasi zəmanətlər alsın. Mövcud mənzərə göstərir ki, “Rosselxoznadzor”un qərarları iqtisadi və ya aqrar tənzimləmə aktı deyil, böyük geosiyasi şahmat taxtasında edilən növbəti gedişdir. Rusiya Ermənistanın manevr imkanlarını daraltmaq üçün daxili seçki sonrasındakı kövrək dövrdən maksimum istifadə edir. Lakin bu təzyiq strategiyası iki tərəfli kəskin qılıncdır: o, İrəvanı iflic edə biləcəyi kimi, Moskvanın Ermənistan üzərindəki sonuncu təsir rıçaqlarını da tamamilə aşındırıb sıradan çıxara bilər. Kremlin nə vaxt dayanacağı isə Nikol Paşinyanın daxili siyasi müqavimət gücündən və Qərbin Ermənistana təklif edəcəyi iqtisadi təhlükəsizlik yastığının - maliyyə dəstəyi və alternativ bazarlara çıxışın - real həcmindən asılı olacaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 17 İyun 2026 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see299

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see290

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see263

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see237

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see232

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see231

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see226

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see223

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see221

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see211

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see197

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see195

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see194

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see194

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see191

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see189

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri