Kreml: İstanbuldakı danışıqlardan irəliləyişlər gözləmək lazım deyil
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İstanbuldakı danışıqlardan ani qərarlar və irəliləyişlər gözləmək lazım deyil.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov iyunun 2-də İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında baş tutan danışıqların yekununu şərh edərkən bildirib.
Onun sözlərinə görə, İstanbulda mühüm razılaşmalar əldə olunub, onlar həyata keçiriləcək.
Peskov deyib ki, Putin, Tramp və Zelenski arasında yaxın vaxtlarda görüş çətin ki, mümkün olsun, belə təmaslar texniki razılaşmaların nəticəsi olmalıdır: "Prezident Putin dəfələrlə ən yüksək səviyyədə təmaslara hazır olduğunu vurğulayıb və qeyd edibki, bu təmaslar texniki, ekspert səviyyəsində hazırlanacaq razılaşmaların nəticəsi olmalıdır. Prezident Putin təmaslar ideyasını dəstəkləyir, lakin onların yaxşı hazırlanmalı olduğuna inanır".
Kremlin sözçüsü Rusiya Federasiyasından memorandum layihəsi haqqında danışıb. Qeyd edib ki, memorandum Ukraynadakı münaqişənin əsas səbəblərini aradan qaldırmaq və davamlı nizama nail olmaq məqsədi daşıyır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 03 İyun 2025 14:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















