Kreml Netanyahunun bəyanatına münasibət bildirib
Icma.az bildirir, Azpolitika.az portalına istinadən.
Kreml İsrail Baş naziri Benyamin Netanyahunun İranda rejim dəyişikliyinin İsrailin həyata keçirdiyi hərbi əməliyyatın nəticəsi ola biləcəyi barədə bəyanatını görüb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Kreml bu bəyanatı görüb, oxuyub.
"Biz regionda bu cür təhlükəli eskalasiya və gərginliyə səbəb olan hərəkətləri pisləyirik. İsrail tərəfinin hazırda həyata keçirdiyi bombardmanlar fonunda İranda cəmiyyətin əhəmiyyətli dərəcədə konsolidasiyasını da qeyd edirik", - deyə Rusiya prezidentinin sözçüsü vurğulayıb.

Kreml Netanyahunun İranda rejim dəyişikliyinin hərbi əməliyyatın nəticəsi ola biləcəyi barədə bəyanatına münasibət bildirib
16 İyun 2025 14:19
Bayden Netanyahunun həbsinə dair qərara münasibət bildirib
22 Noyabr 2024 09:26
Kreml YouTubeun işinə münasibət bildirib
15 Noyabr 2024 22:25
Kreml Aİ nin ultimatumuna münasibət bildirib
10 Aprel 2025 15:11
Kreml Ermənistanın Aİyə qoşulmasına münasibət bildirib
09 Yanvar 2025 14:19

