Kreml: Putin “sülh trayektoriya”sına çıxmaq üçün təmaslara açıqdır
Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qərbin ehtiyatsızlığı Rusiya tərəfindən cavabsız qalmayacaq - prezidentin müraciətinin əsas mesajı budur.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinin xalqa dünənki müraciətindən danışarkən bildirib.
Onun sözlərinə görə, Putinin bir gün əvvəl verdiyi bəyanatlar əhatəli, başa düşülən və məntiqli idi: "Putin vurğuladı ki, o, “sülh trayektoriya”sına çıxmaq üçün təmaslara açıqdır. ABŞ-nin hazırkı administrasiyası Ukraynada münaqişənin ehtiyatsız şəkildə gərginləşməsi yolu ilə getməyə üstünlük verir. Kremldə şübhə yoxdur ki, indiki ABŞ administrasiyası Putinin bəyanatları ilə tanış olub".
Kremlin sözçüsü Putinlə ABŞ-nin hazırkı administrasiyası arasında yeni təmasların olmamasına da diqqət çəkib.
Peskov onu da bildirib ki, Rusiya hərbçiləri "Oreşnik"dən istifadə olunmaqla gözlənilən zərbələr barədə Ukraynada mülki əhaliyə xəbərdarlıq etməyin nüanslarını işləyəcək.
Baxış sayı:124
Bu xəbər 22 Noyabr 2024 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















