Kreml Putin və Tramp arasında danışığın baş tutmasını nə təsdiq, nə də təkzib etdi
Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Vladimir Putin və Donald Tramp arasında mümkün danışığın baş tutması ilə bağlı məlumatı nə təsdiq, nə də təkzib edir. SİA xəbər verir ki, Peskovun “İzvestiya” qəzetindəki şərhinə görə, Vaşinqtonda yeni administrasiyanın fəaliyyəti fonunda müxtəlif kanallar vasitəsilə aparılan çoxsaylı əlaqələr qurulur. “Bu çoxsaylı əlaqələr fonunda şəxsən mən nəyisə bilməyə, məlumatlı olmaya bilərəm. Buna görə də mövcud vəziyyətdə mən nə təsdiq, nə də təkzib edə bilərəm”, - deyə o söyləyib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp “New York Post” nəşrinə müsahibəsində Vladimir Putinlə aralarında telefon danışığının baş tutduğunu bildirib. Onun sözlərinə görə, Ukraynadakı vəziyyəti və münaqişənin həlli yollarını müzakirə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 09 Fevral 2025 20:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















