Kreml Putinlə Ərdoğan arasında baş tutan telefon danışığının təfərrüatlarını açıqlayıb
Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır.
Rusiya Federasiyası və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı Suriyadakı mövcud vəziyyəti ətraflı müzakirə ediblər.
Sfera.az xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında məlumat verilib.
Bəyanatda qeyd edilib ki, söhbət Ankaranın təşəbbüsü ilə baş tutub. Əsas müzakirə mövzuları ticarət və enerji sahələrində ikitərəfli əməkdaşlığın inkişafı ilə bağlı cari məsələlər, eləcə də Suriyada vəziyyətin kəskin şəkildə pisləşməsi olub.
“Putin radikal qruplar tərəfindən Suriya dövlətinə qarşı terror təcavüzünün tez bir zamanda dayandırılmasının və qanuni hakimiyyətin bütün ölkədə sabitliyin və konstitusiya nizamının bərpası üçün səylərinə hərtərəfli dəstək verilməsinin vacibliyini vurğulayıb”, - saytda bildirilib.
Mətndən belə çıxır ki, söhbət zamanı dövlət başçıları Suriya üzrə ikitərəfli formatda və Astana prosesi çərçivəsində əməkdaşlığın gücləndirilməsinin tərəfdarı olduqlarını bildiriblər. Eyni zamanda, siyasətçilər regionda vəziyyətin normallaşdırılması üçün Rusiya Federasiyası, Türkiyə və İran arasında əməkdaşlığın əsas əhəmiyyətini bəyan ediblər.
İnci
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 03 Dekabr 2024 22:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















