Kreml rəsmisindən Putin Tramp görüşü AÇIQLAMASI Yaxın zamanda… KONKRET
Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Rusiya və ABŞ arasında dövlət başçılarının mümkün görüşü ilə bağlı hazırlıqların davam etdiyini bildirib.
KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, tərəflər belə bir görüşün baş tutması istiqamətində irəliləyiş əldə ediblər.
Uşakov həmçinin bildirib ki, Vaşinqtonun son addımları və bəyanatları Moskvanı daha çox məyus edir. Bununla belə, o, ABŞ vitse-prezidenti Mayk Vənsin bəzi açıqlamalarında konstruktiv yanaşmanın hiss olunduğunu da qeyd edib. Uşakovun fikrincə, Vaşinqtonun rəsmi mövqeyində Moskvanın əsas tələblərinin və narahatlıqlarının müəyyən qədər anlaşıldığı görünür.
Hazırkı mərhələdə Kremlin diqqətlə vəziyyəti izlədiyi və mümkün təmasların uğurla nəticələnməsi üçün siyasi şəraitin formalaşmasını gözlədiyi vurğulanır.
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 08 May 2025 22:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















