Kreml Rusiya ABŞ prezidentlərinin görüşü ilə bağlı məlumat yayıb
Sfera.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Kreml Rusiya-ABŞ görüşü ilə bağlı yeni açıqlama verib.
Sfera.az bildirir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov danışıb. O qeyd edib ki, Rusiya liderlər səviyyəsində təmaslara hazırdır.
“Hələlik biz amerikalılardan heç bir siqnal almamışıq”, deyə Peskov bildirib. Kremlin sözçüsü fikirlərini bu cür davam etdirib: “Ona görə də biz öz cədvəlimizə uyğun işləyirik. Lakin hazırlığımız qaydasındadır. Görünür, Amerika üçün müəyyən vaxt tələb olunur”.
Xatırladaq ki, Trampın müharibəni "bitirmə" mövqeyi, xüsusən 2024-cü ilin seçkilərinə yaxın dövrdə, təkrar gündəmə gəlib. O, müharibənin başında olduğu kimi, sülh danışıqları və diplomatik həll yolu ilə münaqişənin sonlandırılması çağırışlarını etmişdi.
Bu çərçivədə, Trampın müharibəni bitirməsi üçün münaqişə tərəfləri ilə birbaşa əlaqə yaratmağa çalışacağı gözlənilir. Eyn zamanda onun diplomatik təzyiqləri artıraraq müharibəni bitirmə cəhdini mövcud vəziyyəti "sülhə yaxınlaşma" kimi qiymətləndirmək olar.
Günay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 27 Yanvar 2025 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















