Icma.az
close
up
RU
Kreml sehrbazı filmi böyük maraq doğurub

Kreml sehrbazı filmi böyük maraq doğurub

Icma.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.


Fransız kinorejissor Olivye Assayasın yeni lentə aldığı, Rusiya prezidenti Vladimir Putinin həyatından və siyasi karyerasından bəhs edən "Kreml sehrbazı" adlı film Venesiya Kino Festivalında nümayiş zamanı böyük maraqla qarşılanıb. Vladimir Putinin hakimiyyətə gəlişini bədii yozumlarla əks etdirən bu ekran əsəri baxışdan sonra 11 dəqiqə 42 saniyə davam edən alqışlarla yola salınıb.
Reyting.az
xəbər verir ki, baş rollarda Cud Lou və Pol Dano çəkilib. Filmin təqdimatında Assayas, Cud Lou və Pol Dano, həmçinin əsas qadın obrazını canlandıran Alişa Vikander iştirak edib. Onların səhnəyə gəlişi kino-festivalın film nümayişi zalında müsbət əhval-ruhiyyə yaradıb.

Siyasi trillerin əsası publisist Culiano Da Empolinin eyniadlı romanıdır. Bu əsəri rejissor Assayas yazıçı Emmanuel Karrerlə birlikdə ssenariyə uyğunlaşdırıb. Romanda V. Putinin siyasi yüksəlişində onun real müşaviri, texnoloqu Vladislav Surkovun təsirindən bəhs olunur.
Surkov əsərdə və bu yeni filmdə Vadim Baranov obrazının prototipidir. Baranov obrazını Pol Dano, həyat yoldaşı Kseniya obrazını isə Alişa Vikander canlandırıb. Aktyorlar heyətində həmçinin Uill Kin, Ceffri Rayt və Tom Sterric də yer alıb.
Vladimir Putin rolunun ifaçısı məşhur aktyor Cud Lou deyib ki, o, həm də bu obrazın üzərində işləyən zaman cüdonun əsaslarını öyrənib, eyni zamanda, Rusiya prezidentinin arxiv materiallarını izləyib.

Mətbuat konfransında Louya ünvanlanan "Rusiyanın liderini oynamaq sizdə qorxu yaratmadımı?" sualına isə baş rol ifaçısı belə cavab verib:
"Düzünü desəm, qorxmadım. Olivye, həm də filmin ssenarisi məndə inam yaratdı ki, bu kino hekayə peşəkarcasına, detallara diqqətlə təqdim olunacaq. Biz məqsəd qoymamışdıq ki, süni şəkildə ziddiyyətlər axtaraq. Mənim üçün əsas məqam ondan ibarət idi ki, bu obrazın gerçək həyatda daha geniş hekayəsi var. Biz kiməsə etiket yapışdırmağa çalışmırdıq".
Oqtay QORÇU
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://reyting.az
archiveBu xəbər 02 Sentyabr 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see161

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see133

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri