Kreml təsdiqlədi: Putin Türkiyə ilə bağlı sözünü tutmayacaq
GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiya Prezidenti Vladimir Putin İstanbulda keçirilməsi planlanan danışıqlara qatılmayacaq.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
O, Rusiya prezidentinin Türkiyədə Ukrayna lideri ilə keçirilməsi nəzərdə tutulan görüşə qatılma ehtimalının olub-olmadığına dair suala “xeyr” cavabını verib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp da İstanbuldakı görüşdə iştirak etməyəcəyini bildirib. Ukrayna Prezidenti Volodimir Zelenski isə Putinin şəxsən danışıqlara gəlməyəcəyi halda Rusiyadan heç kimlə müzakirə aparmayacağını açıqlamışdı.
Xatırladaq ki, İstanbulda danışıqlar masasının qurulmasını Kreml rəhbəri özü təklif etmiş və bunun üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək onu razı salmışdı.
Ayşən Mustafa
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 15 May 2025 13:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















