Kreml: Tramp Putindən Ukraynada atəşkəs istəməyib
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə söhbətində Ukraynada tam razılaşma əldə olunana qədər atəşkəs istəməyib.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
O qeyd edib ki, Vaşinqton Moskvanın mövqeyini qəbul edib və "atəşkəs" ifadəsini düzgün mənada istifadə edir.
Peskov ABŞ tərəfindən belə bir şərtin qoyulmadığını deyib: "Bu, artıq dəfələrlə müzakirə olunub. Atəşkəslə bağlı bütün modallıq yaxşı anlaşılır. Prezident Putinin ardıcıl mövqeyi də hamıya məlumdur."
Kremlin sözçüsü Moskvanın Ukrayna nizamlanmasında vasitəçilik səylərinə görə Vaşinqtona minnətdar olduğunu və bu prosesin davam etməsində maraqlı olduğunu qeyd edib: "Putin Ukrayna nizamlanmasında ABŞ-ın vasitəçilik səylərini yüksək qiymətləndirir. Biz buna görə minnətdarıq və bu prosesin davam etməsində maraqlıyıq".
Peskov onu da əlavə edib ki, ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff rusiyalı həmkarları ilə daim əlaqə saxlayır: "Bu, ən həssas məsələlər üzrə dialoqa imkan verir. Bu rabitə kanalı həqiqətən də bizə ən həssas məsələlər üzrə bir-birimizə siqnallar ötürməyə imkan verir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 10 Mart 2026 14:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















