Icma.az
close
up
RU
Kreml Trampa Putinin Ukrayna ilə bağlı tələblərini qəbil etdirməyə çalışır MTİ

Kreml Trampa Putinin Ukrayna ilə bağlı tələblərini qəbil etdirməyə çalışır MTİ

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kreml ABŞ prezidenti Donald Trampı Rusiya dövlət başçısı Vladimir Putinin Ukrayna ilə bağlı tələbləri ilə razılaşmağa məcbur etməyə çalışır.

Bizimyol.info xəbər verir ki, bu barədə Müharibənin Tədqiqi İnstitutunun (MTİ) yeni hesabatında qeyd edib.

MTİ Rusiyanın aparıcı media orqanının Valday Diskussiya Klubunun elmi direktoru Fyodor Lukyanovla dərc etdirdiyi “Böyük razılaşmalara arxayın olmayın” başlıqlı müsahibədə Putin və Tramp arasında gələcək danışıqlarla bağlı daxili və qlobal gözləntiləri əks etdirmədiyinə diqqət çəkib.

Analitiklər izah ediblər ki, Valday formal olaraq Kremlin ruporlarının, rus və xarici alimlərin və rəsmilərin beynəlxalq məsələləri müzakirə etdiyi platformadır, lakin əslində Kreml ondan Qərbə təsir etmək üçün daim istifadə edir.

Lukyanovun şəxsiyyətinə gəlincə, analitiklər onun Putinin adamı olduğunu və hakimiyyətdə heç bir vəzifə tutmasa da, Rusiyanın xarici siyasət məqsədləri ilə bağlı məsələlərdə “mötəbər ekspert” hesab edildiyini bildiriblər.

MTİ qeyd edib ki, “Lukyanovun bu müsahibədəki bəyanatları Putinin Ukraynada müharibəyə son qoymaq üçün danışıqlarda gələcək mövqeləri ilə bağlı bəyanatlarına uyğundur”.

İnstitut qeyd edib ki, Lukyanov müsahibə zamanı bildirib ki, Ukrayna üzrə gələcək sülh danışıqları üçün “əsas məsələ” ərazilər deyil, Lukyanovun NATO-nun Şərqi Avropaya genişlənməsi kimi müəyyən etdiyi müharibənin “əsas səbəbləri”nin aradan qaldırılmasıdır.

Ukrayna ərazilərinə gəlincə, Rusiya qoşunları indi “nə alırsansa, o sənindir” deyiminə inanırlar ki, bu da Kremlin gələcək sülh danışıqları zamanı işğal etdiyi torpaqları Ukraynaya qaytarmayacağına işarə edir.

“Lukyanovun müsahibəsi Kremlin Trampı Putinin tələblərinə qoşulmağa məcbur etmək üçün davam edən səylərini dəstəkləyir ki, bu da Ukraynanın tam təslim olmasına və NATO-nun zəifləməsinə bərabərdir, həmçinin Putinin beynəlxalq səhnədə Trampla bərabər mövqe tutmsı üçün şəxsi səyləridir”, - deyə analitiklər bildiriblər.

Yanvarın 30-da Ukraynanın Böyük Britaniyadakı keçmiş səfiri və keçmiş xarici işlər naziri Vadim Pristayko bildirib ki, Ukraynadakı müharibə ABŞ prezidenti Donald Trampın administrasiyasının diqqətini başqa məsələlərə yönəltməsinə mane olur və Rusiya ərazi bütövlüyü ilə bağlı Ukrayna Konstitusiyasına dəyişiklik etmək istəyə bilər.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 31 Yanvar 2025 09:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see236

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see226

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see215

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see173

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see172

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see160

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see157

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see146

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see145

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see139

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see137

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see135

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see135

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see135

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see133

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see132

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see128

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see123

Almaniya XİN rəhbəri: “Eurofighter”lərin Türkiyəyə göndərilməsinə müsbət baxırıq

18 Oktyabr 2025 06:28see123

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri