Kreml: Ukraynaya silah tədarükünün dayandırılması xüsusi əməliyyatın sonunu yaxınlaşdırır
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ukraynaya nə qədər az silah verilirsə, xüsusi hərbi əməliyyatın sonu bir o qədər yaxın olur. O, NBC nəşrinə ABŞ silahlı qüvvələrinin ehtiyatları ilə bağlı narahatlıqlar fonunda Pentaqonun Ukraynaya raket və sursat göndərilməsini dayandırmasını belə şərh edib.
Məlumatı “Kommersant” verib.
Kreml sözçüsü jurnalistlərə açıqlamasında deyib: “Bizim anladığımız qədər, bu qərarın səbəbi boş anbarlar, anbarlarda silah çatışmazlığı olub. Hər halda, Ukraynaya nə qədər az silah verilirsə, xüsusi hərbi əməliyyatın sonu bir o qədər yaxındır”.
NBC-nin məlumatına görə, ABŞ onlarla “Patriot” zenit-raket kompleksinin, minlərlə 155 mm-lik artilleriya mərmisinin, 100-dən çox Hellfire raketinin, 250-dən çox GMLRS dəqiq idarə olunan raket kompleksinin, həmçinin onlarla “Stinger MANPADS”, “AIM-AIM” raketləri və raket buraxılışlarının tədarükünü təxirə salıb.
P.ƏMİRCANOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 02 İyul 2025 15:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















