Icma.az
close
up
RU
Menu

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

Parisdə turizm təqdimatı

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

Kreml üzünü İrəvana çevirəcək

Kreml üzünü İrəvana çevirəcək

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Açıq şəkildə anti-Rusiya kursu götürənlərə diqqət yetiriləcək.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ Dövlət katibi Antoni Blinken iki ölkə arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalayıblar. İki ölkə arasında strateji tərəfdaşlıq sənədinin imzalanması xəbəri  hər kəsin diqqət mərkəzindədir. Bu addım təkcə iki dövlət arasındakı münasibətlərə deyil, həm də Azərbaycanın, Rusiyanın və ümumilikdə regionun gələcəyinə təsir edə bilər.

Ermənistan bu addımı ilə açıq şəkildə göstərir ki, artıq Rusiyadan uzaqlaşmaq və yeni tərəfdaşlar tapmaq istəyir. KTMT üzvü olmasına baxmayaraq, Ermənistanın bu təşkilatla bağlılığı çoxdan azalıb. 

Sanki özünü KTMT üzvü kimi göstərməyə davam edərək vaxt qazanmağa və bu statusdan öz xeyrinə manipulyasiyaya çalışır.

Bu vəziyyət Azərbaycan üçün nə deməkdir? 

İlk növbədə regiondakı geosiyasi balans dəyişə bilər. Ermənistanın ABŞ ilə yaxınlaşmasının sülh danışıqlarına mənfi təsir göstərməsi mümkündür, çünki Ermənistan öz tələblərini  sərtləşdirə bilər.

Eyni zamanda, bu addım Rusiya-Ermənistan münasibətlərinə də ciddi zərbədir. Ermənistan uzun illərdir Rusiyanın əsas müttəfiqi hesab olunurdu. İndi isə ABŞ ilə yaxınlaşaraq Rusiyadan uzaqlaşır. Rusiya hazırda Ukraynadakı müharibə ilə məşğuldur və Ermənistanla açıq qarşıdurmaya getməyə vaxtı yoxdur. Amma bu, o demək deyil ki, Rusiya Ermənistana cavab verməyəcək. 

Azərbaycan üçün ən vacib məsələ bu proseslərə diqqətlə yanaşmaq və öz maraqlarını qorumaqdır. Regionda yeni balans formalaşır və Azərbaycan burada ağıllı siyasət apararaq öz mövqeyini gücləndirməlidir. Ermənistanın belə bir sənəd imzalaması, əslində, onun nə qədər qeyri-sabit və etibarsız tərəfdaş olduğunu bir daha göstərir.

Qeyd edək ki, Dövlət Departamenti bundan əvvəl ABŞ-nin Ermənistanla strateji tərəfdaşlıq sazişi imzalamağı planlaşdırmadığını bildirmişdi . Lakin buna baxmayaraq  ABŞ-Ermənistan tərəfdaşlıq sənədi Bayden administrasiyası dövründə imzalanıb. Gələcəkdə  bu münasibətlərin necə davam edəcəyini zaman göstərəcək. Amma hər halda, Azərbaycanın bölgədəki maraqlarını qorumaq üçün bütün ssenarilərə hazır olmalıdır.

Mövzuya münasibət bildirən rusiyalı politoloq Yevgeni Mixaylov “Cümhuriyət”-ə açıqlamasında bildirib ki, ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq sənədinin imzalanması  İrəvanı Rusiya Federasiyası ilə ciddi problemlərlə üz-üzə qoyacaq:

"Rusiya indiyə qədər Ermənistanın strateji tərəfdaşı olub. Təbii ki, indiki saziş həm Rusiyanın, həm də Azərbaycanın maraqlarına zərbə vuracaq. Bu, açıq-aşkar görünəndir. Həm Ermənistan, həm də Amerika Birləşmiş Ştatları indi bizim dövlətlərimizin maraqlarına uyğun hərəkət etmirlər. Burada KTMT üzvlüyünü nəzərə almaq lazım deyil. Ermənistan artıq faktiki olaraq KTMT-nin üzvü deyil və onu oradan çıxarsınlar deyə bütün addımları atır. Amma hələ bu baş vermədiyi üçün Avrasiya İqtisadi İttifaqındakı iştirakını və KTMT üzvlüyünü manipulyasiya edir.  Bu, aydın məsələdir”. 

O bildirib ki, Rusiya üçün hazırda Ermənistanla bağlı problemlər prioritet deyil:

“Rusiya müşahidə edir, nəyisə nizama salmağa çalışır. Rusiya hərbi əməliyyat aparır, fikrimcə, bu əməliyyat bitdikdən sonra bizim hesabımıza dolanan keçmiş qardaş respublikalara daha çox diqqət yetirməyə başlayacağıq. Bu aşkardır. Xüsusən də açıq şəkildə anti-Rusiya kursu götürənlərə diqqət yetiriləcək. Ona görə də təəccüblənməyək, gözləyək. Hər halda, bu müqavilələr Baydenin gedən administrasiyası tərəfindən imzalanıb. Trampın nə edəcəyini isə zaman göstərəcək".

Səbinə Uğur
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Yanvar 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see419

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see386

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see370

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see327

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see319

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see263

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see219

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see217

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see209

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see207

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see199

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see199

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see197

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see188

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see186

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see184

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see181

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see177

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see160

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri