Icma.az
close
up
RU
Kreml və Tehran bir ildir çalışır, nail ola bilmir

Kreml və Tehran bir ildir çalışır, nail ola bilmir

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Rusiya və İran təxminən 1 ildir ki, strateji tərəfdaşlıq sazişini imzalaya bilmirlər. Rusiya və İran rəsmiləri oktyabr və noyabr aylarında verdikləri açıqlamalarda sazişin bu ilin sonunda imzalanacağını deyirdilər. Alınmadı. İndi də gələn ilin yanvarında imzalanacağını deyirlər.

Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, sazişin İran Prezidenti Məsud Pezeşkianın 2025-ci ilin yanvar ayında Moskvaya səfəri zamanı imzalanacağı proqnozlaşdırılır:

“Ancaq yenə də tam əminlik yoxdur. Birincisi, bölgədə hadisələr o qədər sürətlə cərəyan edir ki, Pezeşkianın məhz gələn ilin yanvarında Moskvaya rəsmi səfər edəcəyini söyləmək çətindir. İkincisi, İran hazırda enerji qıtlığı ilə üzləşib. Neft və qaz ölkəsi olan İranda işıqlar keçirilir, evlərin və müəssisələrin qaz təminatında uzun fasilələr yaranır.

Bu arada, Rusiya Baş nazirinin müavinləri Vitali Savelyev və Aleksey Overçuk Tehrana işgüzar səfərə yollanıblar. Yəqin strateji sazişin son bəndləri ətrafında müzakirələr aparacaqlar. Bəs niyə haqqında çox danışılan strateji sazişi imzalamaq çətindir və tarix hər dəfə təxirə salınır? Axı söhbət həqiqətən iki strateji tərəfdaşdan gedir. Rusiya və İranın beynəlxalq məsələlərə baxışları oxşardır, hər ikisi Qərbin sərt sanksiyaları ilə üzləşiblər. Bu iki ölkə İkinci Qarabağ müharibəsi zamanı Ermənistana hərbi texnikanın çatdırılmasında da sıx əməkdaşlıq ediblər. Rusiya və İran münasibətləri tarixində hər ikisi üçün daha bir önəmli hadisə baş verib. İran əvvəlcə Rusiyaya hərbi dronlar satmağa başlayıb, daha sonra Tatarıstanda birgə müəssisə işə düşüb. Belə olan halda strateji sazişin imzalanmasına nə mane olur?

Moskva ilə Tehran arasında hazırki əməkdaşlıq formatı 2001-ci ildə imzalanan sənəd üzərində qurulub. Bu, qarşlıqlı münasibətlər və əməkdaşlığın prinsiplərini müəyyənləşdirən müqavilədir və hər 5 ildən bir uzadılır. Moskva və Tehran bir müddət sonra qərara gəliblər ki, bu müavilə hazırki geosiyasi tələblərə və dərinləşən əməkdaşlığa cavab vermir. Hər iki ölkənin diplomatları və mütəxəssisləri 2022-ci ildən başlayaraq strateji saziş üzərində çalışmaları sürətləndiriblər. Sazişin imzalanmasının ləngiməsi İran tərəfinin sənədə hər dəfə yeni bəndlər təklif etməsi ilə əlaqəlidir. Təklif irəli sürüldükdən sonra onun Rusiya tərəfdən araşdırılması və qəbul olunması zaman tələb edir. İran tərəfinin irəli sürdüyü bəndlərin nədən ibarət olduğu barədə məlumat yoxdur. Görünür, Tehran sonadək Moskvaya etibar etmir, düşünür ki, bir gün Rusiya-Ukrayna müharibəsi bitəcək və Kreml Qərblə münasibətləri normallaşdıracaq və Moskvanın Tehranla strateji tərəfdaşlığa ehtiyacı qalmayacaq. Ona görə Tehran sazişə elə bəndlər əlavə etmək istəyir ki, Kreml imzalanacaq sənədə sadiq qalsın. Ancaq saziş və sənəddə yer alacaq bəndlər bölgədə yaranacaq yeni realıqlardan üstün olmayacaq. Həqiqətən Rusiya və İranın maraqları bir gün kəsişə də bilər. Hər iki ölkədə elə daxili hadisələr baş verə bilər ki, strateji əməkdaşlığın əhəmiyyəti azalacaq. Suriya buna nümunədir. Əsəd rejimi dövründəki Suriya İranın və Rusiyanın strateji müttəfiqi idi, indi isə Dəməşq Türkiyə ilə strateji müttəfiqlik münasibətləri qurur”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://axar.az
archiveBu xəbər 23 Dekabr 2024 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see372

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see313

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see295

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see269

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see261

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see254

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see242

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see236

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see230

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see217

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see208

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see195

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see191

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see190

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see190

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see187

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see181

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see174

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see172

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri