Icma.az
close
up
RU
Kreml Zelenskinin 30 günlük atəşkəs təklifinə cavab verib

Kreml Zelenskinin 30 günlük atəşkəs təklifinə cavab verib

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə 30 günlük atəşkəsə niyə razılaşmadığını mətbuat katibi Dmitri Peksov vasitəsilə izah edib. Kreml sahibinin fikrincə, 30 günlük atəşkəs Ukraynaya Qərb ölkələrinin dəstəyi vasitəsilə hərbi arsenalını artırmağa və cəbhə bölgəsindəki döyüşçülərinə istirahət verməyə, o cümlədən onları əvəz etmək üçün yeni qüvvələrin cəlbinə imkan verəcək. Bundan başqa Putin hesab edir ki, Ukrayna atəşkəsdən istifadə edərək genişmiqyaslı səfərbərlik həyata keçirəcək. Deməli, bunlar baş verməsin deyə, Kreml 30 günlük atəşkəsə razılaşmır.
Putinin yanaşmasında qeyri-adi heç nə yoxdur. Azərbaycanın da 1994-cü ildə Ermənistanla atəşkəsə razılaşmasında məqsədi yaranan fasilədə daxili problemləri həll edib, ordunu gücləndirmək və yeni silahlarla təhciz etmək idi. Beynəlxalq vasitəçilər məsələni həll edə bilmədiyinə görə, Azərbaycan ordusu torpaqları işğalçılardan azad etdi. Ukrayna da eyni yanaşmadan çıxış edir. Kiyev atəşkəs vasitəsilə cəbhə bölgəsindəki döyüşçülərinə zəruri istirahət verməyi planlaşdırır. Hərbi arsenalın artırılmasına gəldikdə isə, Ukrayna bunu müharibə dövründə də həyata keçirir, bunun üçün 30 günlük atəşkəsə ehtiyac yoxdur. Genişmiqyaslı səfərbərliyi də döyüşlər getdiyi müddətdə həyata keçirmək mümkündür.
Əslində Putinin məntiqi onu göstərir ki, o davamlı döyüşlər vasitəsilə Ukrayna hərbçilərini yormaq və yeni əraziləri işğal siyasətindən imtina etmək istəmir. Kreml sahibi ona görə ABŞ və Ukrayna Prezidentlərinin uzun müddətli atəşkəs təklifinə razılaşmaq istəmir. Ancaq atəşkəs Rusiyanın özü üçün də lazımdır, Putinin Ukrayna ilə bağlı söylədiyi arqumentlər onun ordusu üçün də keçərlidir. Rusiyanın cəbhə bölgəsindəki döyüşçülərinin də istirahətinə ehtiyac var, komandanlıq onları hər gün ölümün pəncəsinə atır.

Elxan Şahinoğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 10 May 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri