Icma.az
close
up
RU
Kremldə gərginlik artır: Putin Peskovu göndərir, onun yerinə isə… KONKRET

Kremldə gərginlik artır: Putin Peskovu göndərir, onun yerinə isə… KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya Prezidenti Vladimir Putinin çıxışı zamanı Kremlin sözçüsü Dmitri Peskovun yuxulaması sosial şəbəkələrdə və ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub. Maraqlıdır, bu hal Rusiya hakimiyyətində daxili gərginliklərin və ya yorğunluğun əlaməti kimi qiymətləndirilə bilərmi?

Mövzunu siyasi şərhçi Zeynal Əmrəliyev KONKRET.az-a açıqlamasında bildirib ki, son aylarda Rusiya hakimiyyətinin yuxarı eşalonunda ciddi dəyişikliklər baş verib.

“Xüsusilə, Təhlükəsizlik Şurasının sabiq katibi Nikolay Patruşevin vəzifədən azad olunaraq Prezidentin müşaviri təyin edilməsi və onun oğlu Dmitri Patruşevin də Kənd Təsərrüfatı naziri postundan Prezident köməkçisi vəzifəsinə gətirilməsi Patruşevlər ailəsinin Kreml daxilindəki nüfuzunun azaldılması kimi şərh olunur.

Bununla yanaşı, müharibənin davam etdiyi bir dönəmdə uzun müddət Müdafiə naziri vəzifəsində çalışan Sergey Şoyqunun da postunu dəyişərək Təhlükəsizlik Şurasının katibi təyin edilməsi daxildəki balansların yenidən qurulmasından xəbər verir. Bütün bu dəyişikliklər Kremlin daxili çevrəsindəki qüvvələr nisbətində gərginliyin artdığı ehtimalını gücləndirir”

Politoloq qeyd edib ki, Kreml sözçüsü Dmitri Peskovun bu fonda Prezidentin çıxışı zamanı yuxulaması yalnız fiziki yorğunluqla deyil, həm də yüksək səviyyəli məmurlar arasında narazılıqlar və mövqelərin zəifləməsi ilə əlaqələndirilir.

“Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsindən sonra Kreml rəsmiləri gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər və bu da fiziki və psixoloji tükənməyə yol açır.
Yaxın vaxtlarda Prezident Administrasiyasında da dəyişikliklər ola bilər. Prezident köməkçiləri və Administrasiya rəhbəri Anton Vaynonun vəzifədən azad ediləcəyi ilə bağlı iddialar səsləndirilir. Bu kontekstdə Peskovun da vəzifədən uzaqlaşdırılması ehtimalı artır”.

Şərhçi vurğulayıb ki, onun yerinə mümkün namizədlərdən biri kimi Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın adı çəkilir.

“Müharibə dövründə Zaxarovanın aktiv çıxışları və beynəlxalq media ilə işləmə bacarığı onun ön plana çıxmasına səbəb olub. Kreml informasiya siyasətində daha çevik və aqressiv yanaşma nümayiş etdirmək üçün Peskovu Zaxarova ilə əvəzləyə bilər.

Bu dəyişikliklərin Rusiya rəhbərliyində daha geniş kadr islahatlarının başlanğıcı ola biləcəyi istisna edilmir”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://konkret.az
archiveBu xəbər 27 İyun 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri