Icma.az
close
up
RU
Kremldə “müsəlman” qadağası: Ərdoğanla görüş Putini qəzəbləndirdi, lakin Kadırov...

Kremldə “müsəlman” qadağası: Ərdoğanla görüş Putini qəzəbləndirdi, lakin Kadırov...

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son zamanlarda Rusiyadan Tatarıstanın rəhbəri Rüstəm Minnixanova qarşı təzyiqin gücləndiyi iddia olunur. Məlumata görə, Moskva respublika rəhbərinə beynəlxalq fəaliyyətini azaltmaqla bağlı siqnallar göndərib.

Onun son günlərdə Türkiyəyə səfəri və Prezident Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşünün Kremldə narahatlıq yaratdığı bildirilir. “Kompromat.ru” nəşri Moskvanın Minnixanovun federal gündəmi nəzərə almadan xarici əlaqələr qurması, beynəlxalq forumlarda iştirak etməsi və xüsusilə müsəlman ölkələri ilə fəal qarşılıqlı əlaqələr yaratmasına görə narazı olduğunu yazır.

Kremlin Tatarıstanda hökumət dəyişikliyi edə bilərmi? Moskvanın narahatlığı nədən qaynaqlanır? Marqarita pizza

Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, Tatarıstanın Rusiya daxilində imkanları və səlahiyyətləri kifayət qədər genişdir:

“Bu səbəbdən rəsmi Kazana irad bildirmək doğru deyil. Hətta bu, Rusiya üçün ciddi suallar doğurur. Ona qalsa, Çeçenistan lideri Ramzan Kadırov istədiyi vaxt xarici ölkələrə səfər edir. Son illərdə onun xüsusən Səudiyyə Ərəbistanına səfərləri intensivləşib. Hətta orada şəxsi sərvətinin olduğu deyilir. Amma Kremlinin Kadırova görə bu günə qədər heç bir narahatlıq keçirdiyi görünmür.

Təbii ki, Rusiya Prezidenti Vladimir Putin Kadırovun Moskvanın maraqlarına xidmət etdiyini və onun sözündən kənara çıxmadığını bilir. Amma Tatarıstan rəhbəri Rüstəm Minnixanova eyni etimad göstərilmir. Əslində, onun Türkiyə səfəri Rusiyaya problem yaratmır, əksinə, Moskva-Ankara münasibətlərinə töhfə verə bilər. Mən bu səfərin anti-Rusiya məqsədli olduğunu düşünmürəm. Türkiyə heç vaxt Rusiyada mərkəzdənqaçma siyasətini dəstəkləmir.

Tatarıstanın səlahiyyətləri ona xarici əlaqələr qurmağa imkan verir. Hətta rəsmi Kazanın Bakı ilə də yaxşı münasibətləri var. Əgər Minnixanovun səfəri sərt şəkildə tənqid olunursa, deməli bu yanaşmada qərəz var. Eyni tənqid Ramzan Kadırov üçün də edilməlidir”.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 08 İyul 2025 21:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

12 Oktyabr 2025 21:27see325

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see251

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see210

Rusiya pensiyaların maaşlara həqiqi nisbətini açıqlayıb...

12 Oktyabr 2025 21:16see207

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see194

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see165

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see144

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see139

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

13 Oktyabr 2025 00:03see139

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

13 Oktyabr 2025 00:17see136

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see136

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

14 Oktyabr 2025 11:01see133

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see129

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

13 Oktyabr 2025 19:02see128

Şamaxı yolundakı qəzanın ANBAAAN GÖRÜNTÜLƏRİ

12 Oktyabr 2025 21:13see127

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see125

Siz, bürcünüzə görə hansı yadplanetlisiniz..?

14 Oktyabr 2025 00:26see123

Saxta psixoloqların ən böyük gücü insanların ağrılarından qazanc əldə etmələridir MÜSAHİBƏ

13 Oktyabr 2025 21:17see118

Turist Azərbaycanda ruslara münasibətdən danışıb…

13 Oktyabr 2025 22:07see118

Bakıda Azərbaycan İran əməkdaşlığına dair aktual məsələlər müzakirə olunub

13 Oktyabr 2025 18:37see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri