Kremldə vəziyyət kəskin dəyişdi Putin Lavrovu komandasından uzaqlaşdırır
Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.
Rusiya xarici işlər naziri Sergey Lavrov Prezident Vladimir Putinin etimadını itirib.
Teleqraf xəbər verir ki, bu barədə “The Moscow Times” məlumat yayıb.
Nəşrin yazdığına görə, buna səbəb Rusiyanın baş diplomatının ABŞ dövlət katibi Marko Rubio ilə uğursuz telefon danışığı olub. Məhz bu danışıqlardan sonra Putinin amerikalı həmkarı Donald Trampla görüşü baş tutmayıb.
Məqalədə qeyd olunub ki, bu hadisə prezidentin xoşuna gəlməyib, nəticədə 20 ilə yaxındır xarici işlər naziri vəzifəsini icra edən 76 yaşlı Lavrov noyabrın 5-də Təhlükəsizlik Şurasının keçirilən vacib iclasına qatılmayıb.
Həmin toplantı Təhlükəsizlik Şurasının daimi üzvlərinin iştirakı ilə nüvə sınaqlarının bərpasına həsr olunub. Lavrov şuranın yeganə daimi üzvü olub ki, iclasda iştirak etməyib.
Bundan əlavə, Lavrov G20 sammitində Rusiya nümayəndə heyətinin rəhbəri vəzifəsini də itirib. İndi nümayəndə heyətinə Maksim Oreşkin rəhbərlik edəcək. Əvvəllər, beynəlxalq toplantılarda Putin həbs orderi səbəbindən şəxsən iştirak edə bilmədikdə, nümayəndə heyətinə adətən Lavrov başçılıq edirdi. Amma bu dəfə Rusiya lideri Oreşkinin namizədliyinə üstünlük verib.
Baxış sayı:108
Bu xəbər 08 Noyabr 2025 17:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















