Icma.az
close
up
RU
Kremldən dünyanı qorxuya salan ANONS Nüvə təhlükəsi yenidən PİK HƏDDƏ

Kremldən dünyanı qorxuya salan ANONS Nüvə təhlükəsi yenidən PİK HƏDDƏ

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Dünyada gərginliyin artması fonunda nüvə silahına sahib ölkələr öz arsenallarını daha da artırmaq barədə düşünməyə başlayıblar. Bu xüsusda Çin və Rusiya daha çox canfəşanlıq edir.
Belə ki, dünyanın ən böyük nüvə ehtiyatına sahib olan Rusiya yenidən külli miqdarda nüvə başlıqlı raket sifariş verib.
 

Xatırladaq ki, bu ilin sentyabrında Rusiya prezidenti Vladimir Putin ABŞ-a strateji hücum silahlarının məhdudlaşdırılması üzrə müqavilənin (SNV) müddətinin uzadılması təklifini irəli sürüb.


Putin çıxışında qeyd edib ki, Moskva 5 fevral 2026-cı ildən sonra da bir il ərzində müqavilənin əsas say məhdudiyyətlərinə əməl etməyə hazırdır. Lakin bu addım yalnız ABŞ-ın da eyni mövqeyi sərgiləyəcəyi və mövcud nüvə qüvvələri balansını pozacaq addımlar atmayacağı halda mümkün ola bilər.
Görünür, Vaşinqtonun eyni mövqeyi sərgilənmədiyini bəhanə edərək, Kreml əlavə nüvə başlıqlı raketlər sifariş verməyə başlayıb.
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) başçısı Mark Esper “Fox News” telekanalına müsahibəsində bildirib ki, strateji hücum silahlarının (SNV-3) azaldılması və məhdudlaşdırılması üzrə Müqavilənin uzadılması zamanı Moskvanın hazırladığı bütün yeni silahları nəzərə almaq lazımdır.
Yaranmış vəziyyətdə nüvə müharibəsi ehtimalları reallığa çevrilə bilərmi?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli düşünür ki, nüvə müharibəsinin olması ehtimalı yüksək deyil:
 

“Dünyada nüvə silahına malik olmaqla bağlı yarış gedir. Həm Asiya ölkələri, həm də dünyanın digər bölgələrində bu silaha malik olmaq cəhdləri artır. İranın nüvə silahı yaratmaq istiqamətində konkret cəhdləri var. Şimali Koreya isə nüvə başlıqlarının sayını artırmağa cəhd edir.


Rusiya həmçinin, Belarusa nüvə başlığı olan taktiki və ballistik raketlərini yerləşdirib. Bir sözlə, proses nüvə başlıqlarının sayının artırılmasına doğru gedir. Rusiya da bu istiqamətdə addımlar atır”.
Kim nüvə silahına əl atsa...
Həmsöhbətimiz qeyd edir ki, qarşıdakı illərdə nüvə başlığının sayının artması istiqamətində addımlar daha da sürətlənəcək:
“Amma bu nüvə müharibəsinin olması demək deyil, belə yozulmamalıdır. Məsələ ondadır ki, nüvə başlığına malik olmaq əslində güc nümayişidir. Onu müharibəyə hazırlaşmaq kimi qiymətləndirmək doğru deyil.
 

Rusiyanın Ukraynaya qarşı müharibədə nüvə silahından istifadə etməsi ehtimalına gəldikdə, düşünürəm ki, hazırkı məqamda buna ehtiyac yoxdur. Çünki Rusiya əlindəki taktiki və ballistik raketlər, dronlarla Ukraynaya zərbələrini davam etdirir.


Nüvə silahına malik hər bir ölkə yaxşı anlayır ki, ondan istifadə edərsə, qarşı tərəfin də ondan istifadə etmə imkanları var.  Nüvə müharibəsinin olması ehtimalı yüksək deyil”.
Qeyd edək ki, ABŞ və Rusiya arasında Strateji nüvə hücum silahlarının (ICBM, SLBM və ağır bombardmançıları) məhdudlaşdırılması ilə bağlı razılaşma 2011-ci il fevralın 5-də qüvvəyə minib. 2021-ci ildə isə tərəflər razılaşmanı 5 il müddətinə (2026-cı ilin 5 fevralına qədər) uzadıblar. Sözügedən razılaşma strateji nüvə silahlarının sayı və yerləşdirilməsi üzrə məhdudiyyətləri və yoxlanma mexanizmlərini nəzərdə tutur.
Rüfət Sultan, Bizim.Media  

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://bizim.media
archiveBu xəbər 29 Oktyabr 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see347

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see284

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see236

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see234

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see195

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see192

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see190

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see177

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see175

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see173

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see164

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see161

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see156

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see156

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see153

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see151

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see146

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see140

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri