Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

“Kremldən əmr gəlib: “Trampı tərifləmək olmaz!”...”

“Kremldən əmr gəlib: “Trampı tərifləmək olmaz!”...”

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

“Görürük, Tramp Putini bunkerdən necə çıxardı. Çoxları buna mənfi bucaqdan yanaşır. Əslində isə bununla ABŞ lideri dünya ictimaiyyətinə göstərdi ki, “biz – amerikalılar sülhsevərik, qanın, müharibənin əleyhinəyik, Qərb müharibə istəmir, NATO müdafiə blokudur...”

“Ukraynada müharibənin necə davam edəcəyi haqda proqnozumuz  dəyişməyib – birdir: biz bu müharibəni 1991-ci il sərhədlərini bərpa edənədək aparacağıq. Buna heç kəsin şübhəsi olmasın...”

“Əlbəttə, bizim ürəyimizdən keçərdi ki, HATO ərazisinə Rusiya dronlarının və qırıcılarının uçmasına cavab olaraq Kreml vurulsun, Moskva, Peterburqdakı və s. bütün hərbi müəssisələr və komanda mərkəzləri yer üzündən silinsin... Amma onu deyim ki, qərblilər çox “hiyləgər” deməzdim, ağıllı və təmkinlidirlər. Görürük, Tramp Putini bunkerdən necə çıxardı. Çoxları buna mənfi bucaqdan yanaşır. Əslində isə bununla ABŞ lideri dünya ictimaiyyətinə göstərdi ki, “biz – amerikalılar sülhsevərik, qanın, müharibənin əleyhinəyik, Qərb müharibə istəmir, NATO müdafiə blokudur”. Və s. və i.a.  Bu minvalla Putini çıxardılar meydana ki, sözünü de. O da nə desin artıq? Müharibəni necə dayandırsın? Xalqı önündə qarşıya qoyduğu məqsədlərin hansına nail olub? Heç nəyə nail olmayıb. Əksinə, 1 miyon 100 min nəfərdən çox canlı itki verib. Və 100 mindən də çox Rusiya vətəndaşı itkin düşüb. Demək istəyirəm ki, bütün bunların hamısı ABŞ-ın, NATO-nun hərəkətsizlik kimi görünən davranışları Rusiyanın şirnikləndirilməsinə xidmət edir. Bununla Putin özü də, Rusiya ictimaiyyəti də yellənir, qızışır: “biz nəhəng imperiyayıq, Amerika da, NATO da qabağımızdan qaçır və s.”

Bu fikirləri Moderator.az-a açıqlamasında Kiyevdə yaşayıb fəaliyyət göstərən hərbi-siyasi ekspert Elxan Nuriyev "NATO-nun və ümumiyyətlə, Avropa ölkələrinin özünün Rusiya qırıcı və PUA-larının Alyans ərazisinə daxil olmasına ilkin reaksiyasını necə dəyərləndirirsiz? Başqa cür ola bilərdimi?” sualını cavablandırarkən ifadə edib.

“Və o da maraqlıdır ki, artıq sentyabrın 28-dən Kremldən “Z” patriotlara, təbliğat kanallarına xüsusi təlimat verilib ki, bundan sonra Trampı tərifləmək olmaz və bu günlərdə kim onu tərifləyibsə, silməlidir. Yəni artıq bir həftədir ki, Rusiyada Tramp düşmən obrazına çevrilib. Əvvəl onu tərifləyirdilər, indi isə artıq düşmən sayırlar… 

Əlqərəz, bilirsiz, Rusiya matritsası pozulmuş qoca, xroniki xəstə bir imperiyadır. İmperiyalar da canlı orqanizmlər kimidir: müəyyən dövrü olur — 300–500 il, lap 1000 il, bəzən daha çox. Amma nə vaxtsa onların da sonu gəlir. O vaxtdan sonra metropoliya koloniyalara heç nə verə bilmir və nəticədə koloniyalar metropoliyadan, yəni bu halda Kremldən, Moskvadan ayrılmağa başlayır… Rusiyanı  bu tip proseslər gözləyir…”

“Ukraynada müharibənin bitməsi haqda hansı proqnozlara üstünlük verirsiz” sualına isə ekspert belə cavab verib: 

“Ukraynada müharibənin necə davam edəcəyi haqda proqnozumuz  dəyişməyib – birdir: biz bu müharibəni 1991-ci il sərhədlərini bərpa edənədək aparacağıq. Buna heç kəsin şübhəsi olmasın. Guya 2022-ci ildə Amerika bizə silah, yaxud maliyyə verirdi ki?.. Əgər düşmən Kiyev yaxınlığına gəlib çıxanda- onun ən güclü vaxtında müqavimət göstərə bildiksə, indi niyə göstərməyək ki? Allaha şükür, Ukraynanın silahı da var, ordusu da var. Hazırda NATO standartlarına uyğunlaşdırılan 18 korpus səviyyəsində hərbi struktur mövcuddur. Bu, zarafat deyil. Bu, kiçik rəqəm deyil. Korpusların birində 50 min civarında hərbçi olur. Düzdü, hazırda hamısı komplektləşdirilməyib. Yəni orta hesabla hər korpusda, azı 30-35 min nəfər var. Hər korpusa da 10-15 briqada daxildir… Bu mənada Ukrayna artıq müharibəni udub. Sadəcə onu fizikiləşdirmək lazımdır.  Və dediyim kimi, tükəndirmə müharibəsi gedir və o hələ davam edəcək…”

Sultan Laçın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://moderator.az
archiveBu xəbər 04 Oktyabr 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see339

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see332

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see323

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see281

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see256

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see254

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see246

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see234

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see212

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see205

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see195

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see181

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see181

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see180

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see179

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see173

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see172

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see169

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see164

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri