Kremldən İrəvanın Moskvadan kömək istəməməsinə CAVAB
Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya Ermənistanın Moskvanın İrəvanla Bakı arasında danışıqlarda vasitəçilik etməsini istəməməsinə sakit yanaşır və tərəflərin dinc dialoq istiqamətində müstəqil səylərini alqışlayır.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
“Müxtəlif səviyyələrdə biz İrəvandan belə bəyanatlar eşitdik ki, vasitəçilərə ehtiyac yoxdur və İrəvan və Bakı [sülh sazişi] yekunlaşana qədər dialoqu davam etdirəcəklər. Biz müstəqil səyləri də alqışlayacağıq”, - Kreml sözçüsü bildirib.
Onun sözlərinə görə, Rusiya üçün əsas məsələ Cənubi Qafqazda vəziyyəti sabitləşdirmək və bu ərazidə dövlətlər arasında gələcək əməkdaşlıq üçün proqnozlaşdırıla bilən mühit yaratmaqdır.
Gülayə Mecid
Baxış sayı:104
Bu xəbər 11 Fevral 2025 14:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















