Icma.az
close
up
RU
Kremldən Kiyevin təhlükəsizlik zəmanətləri ilə bağlı gözlənilməz mövqe

Kremldən Kiyevin təhlükəsizlik zəmanətləri ilə bağlı gözlənilməz mövqe

Icma.az bildirir, Azvision saytına əsaslanaraq.

O, "Fox News"a müsahibəsində Ukrayna üçün bəzi təhlükəsizlik zəmanətlərinin məqbul ola biləcəyini deyib.
Dmitriev Ukraynanın Rusiyanın enerji obyektlərini hədəfə almasını xatırladıb. O, həmçinin Ağ Evdə aparılan danışıqlarda müsbət nəticənin olduğunu da söyləyib. Rusiya rəsmisi ilk dəfə olaraq Kremlin Kiyev üçün təhlükəsizlik zəmanətlərinə açıq ola biləcəyini etiraf etib. Buna qədər Rusiya Ukraynanın Qərbdən tələb etdiyi təhlükəsizlik zəmanətlərinin heç birini qəbul etmirdi.
Rusiya rəsmisi: "ABŞ ilə danışıqlardakı irəliləyiş yaxın aylarda mümkün olacaq" Rusiya rəsmisinin Vladimir Putin və Donald Tramp arasında Ukrayna ilə bağlı danışıqlarda mühüm irəliləyişin əldə olunmasını bəyan etməsi də diqqət çəkib. O, Vaşinqtondakı danışıqlardan sonra Rusiya ilə ABŞ arasında yeni müzakirələrin tarixlərinin yaxın vaxtlarda müəyyənləşəcəyini deyib.
“Tramp administrasiyası Rusiya ilə dialoqda konstruktivdir. Tramp administrasiyası Rusiyanın mövqeyini eşidir", - o bildirib.
Dmitriyev hələ fevral ayında Ər-Riyadda jurnalistlərə demişdi ki, ABŞ ilə danışıqlarda irəliləyiş yaxın aylarda mümkün olacaq.
Xatırladaq ki, dünən Ukrayna prezidenti Volodimir Zelenski yaxın həftələrdə atəşkəslə bağlı razılığın əldə edilə biləcəyini deyib.
O, Çerniqov vilayətinin ərazi icmalarının nümayəndələri ilə görüşündə qeyd edib ki, razılığa mümkün qədər tez nail olmaq mümkündür: "Yaxın aylarda da ola bilər. Bəzən hər şey bir anda baş verir. Xüsusilə də müharibənin bu dönəmində qaynar fazada tam atəşkəs realdır".
Martın 18-də Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp telefonla Ukraynadakı vəziyyəti, gərginliyin qarşısının alınması şərtlərini və bir sıra beynəlxalq məsələləri müzakirə ediblər. Kremlin mətbuat xidmətinin məlumatına görə, Putin Amerika liderinin Ukraynadakı münaqişə tərəflərinin 30 gün ərzində enerji infrastrukturu obyektlərinə zərbələrdən qarşılıqlı imtina etməsi təklifi ilə razılaşıb.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural Tağıyev
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://azvision.az
archiveBu xəbər 04 Aprel 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see208

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see173

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see167

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see162

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri