Kremldən sensasiya: Bu ölkələrin adı açıqlandı
GlobalInfo saytına istinadən Icma.az xəbər verir.
Bəzi ölkələr Rusiya sərhədləri yaxınlığında hərbi aktivliklərini gücləndirirlər.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
“Qonşularımız – Baltikyanı ölkələr, Finlandiya, Norveç və Polşa ərazimiz yaxınlığında hərbi fəallığını artırırlar”, – Medvedev deyib.
O, xüsusilə Finlandiyanın sərhəddə divar və maneələr inşa etməsini misal göstərib və bunun hərbi hissələrin yerləşdirilməsi üçün əlverişli şərait yaratdığını vurğulayıb.
Onun sözlərinə görə, sərhədlərin istehkam avadanlıqları ilə möhkəmləndirilməsi vacibdir və bu məsələdə artıq region rəhbərləri ilə müzakirələr aparılıb.
Xatırladaq ki, bir müddət əvvəl Medvedev Finlandiya Prezidenti Aleksandr Stubbın ölkəsinin SSRİ üzərində guya qələbə qazanması ilə bağlı açıqlamasına da cavab vermişdi. O, bunu Ukrayna lideri Zelenskiyə “gələcək qələbəsini” izah etməyə ipucu kimi dəyərləndirib və Sovet-Fin müharibəsinin nəticələrini Finlandiyanın itirdiyi ərazilərlə əks etdirən xəritə ilə göstərmişdi.
Tahir Turan
Globalinfo.az


