Kremldən Trampın açıqlamasına reaksiya
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Dinc iqtisadi infrastruktur obyektlərinə hücumların dayandırılması üçün Kiyev rejiminə ünvanlanan hər bir çağırış ancaq müsbət qarşılana bilər".
Moderator.az "İnterfaks"a istinadən xəbər verir ki, bunu Rusiya dövlət başçısının sözçüsü Dmitri Peskov deyib.
O, bu sözləri ABŞ lideri Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenskiyə dizel yanacağı istehsal edən obyektlərə zərbə endirməkdən çəkinmək tövsiyəsinin Kreml tərəfindən münaqişənin nizamlanmasında müsbət addım kimi qiymətləndirilib-qiymətləndirilməməsinə dair suala cavab olaraq səsləndirib.
"Şübhəsiz, Kiyev rəhbərliyinə dinc iqtisadi hədəflərə hücumları kəsmək barədə edilən hər hansı çağırış yalnız təqdirəlayiqdir", - Peskov mətbuat nümayəndələrinə söyləyib.
Bununla belə, Peskov Ukraynanın bu təklifi qəbul edəcəyi halda Rusiyanın da Kiyevin iqtisadi infrastrukturunu hədəfə almaqdan imtina edib-etməyəcəyi barədə sualı cavabsız qoyub.
Peskov Qlobal Cənub ölkələrinin Ukrayna böhranının həllində hansı rolu oynaya biləcəyi ilə bağlı suala münasibət bildirərkən vurğulayıb:
"Ümumi olaraq, hər bir dövlət Kiyev rejiminə təsir imkanlarından yararlanaraq onu daha çevik olmağa təşviq edə bilər və bu, sülh prosesinə əhəmiyyətli dərəcədə təsir göstərəcək".
Sözçü qeyd edib ki, Yeni Dehlidə baş tutan görüşlər zamanı həm Çin Sədri Si Cinpin, həm də Hindistanın Baş naziri Narendra Modi Ukrayna məsələsi ilə ciddi maraqlandıqlarını nümayiş etdiriblər. Onlar ehtiyac yaranacağı təqdirdə öz ölkələrinin bu problemin həllində iştirak etməyə və müvafiq töhfə verməyə hazır olduqlarını dilə gətiriblər.
"Bu yanaşma Prezident Putin tərəfindən olduqca müsbət dəyərləndirilib. Dövlət başçısı həm sülh danışıqları, həm də cəbhə xəttindəki mövcud real vəziyyət barədə onlara əlavə məlumatlar verib", - deyə Kreml rəsmisi sözlərini yekunlaşdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 14 Sentyabr 2026 18:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















