Icma.az
close
up
RU
Kremlin Avropaya yeganə qapı sı bağlanır: NATO Rusiya ərazisinə qoşun yeritməyi planlaşdırır

Kremlin Avropaya yeganə qapı sı bağlanır: NATO Rusiya ərazisinə qoşun yeritməyi planlaşdırır

Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.

NATO-Rusiya hərbi-strateji qarşıdurmanın daha da kəskinləşdiyi bu dövrdə Kalininqrad ətrafında yaranan geopolitik situasiya Avropanın təhlükəsizliyi üçün ən həssas testlərdən birinə çevrilməkdədir... Əgər, Qərbin strateji xarakterli "məhdud ərazidə qələbə" planı reallaşarsa, bu, Rusiyanın yalnız ərazi itkiləri deyil, həm də müqavimət göstərə bilməyəcək səviyyədə zəifləmiş olduğu anlamını da daşıyacaq.

ABŞ və Qərbin Rusiya ilə kəskin qarşıdurması yeni və daha təhlükəli mərhələyə keçid etməyə başlayıb. Belə ki, son vaxtlar Qərbin siyasi və strateji çevrələrində Rusiyaya qarşı yeni bir konsepsiya formalaşdırılmaqdadır. Bu yeni konsepsiya hələlik “məhdud sahədə qələbə” məzmunludur. Onun əsas məqsədi Rusiyaya qarşı birbaşa genişmiqyaslı müharibəyə girmədən, məhdud coğrafi ərazidə simvolik hərbi qələbə əldə etməkdir. Və bununla da, Rusiya daxilində mərkəzdənqaçma və siyasi parçalanma proseslərini stimullaşdırmaq niyyəti güdülür.Onu da qeyd etmək lazımdır ki, Qərb siyasi-strayeji dairələri bu strategiyanı tətbiq etmək üçün ən uyğun məkan olaraq, Rusiyanın anklav xarakterli Kalininqrad vilayətini seçmiş kimi görünürlər. Əsas səbəb isə Kalininqrad anklavı Rusiya üçün geosiyasi zəif nöqtə hesab olunur. Belə ki, Kalininqrad vilayəti Rusiyanın əsas ərazisindən ayrı düşmüş, Litva və Polşa arasında yerləşən bölgədir.

russs-nato.jpg (40 KB)

Məsələ ondadır ki, bu regionda eyni zamanda, Rusiya Silahlı Qüvvələrinin Baltik donanmasının əsas bazası yerləşir. Üstəlik, Rusiyanın Avropadakı hərbi mövcudluğunun strateji səviyyədə vacib dayağıdır. Və NATO ilə tam şəkildə əhatədə olan bu vilayət həm Rusiya, həm də Qərb üçün strateji cəhətdən son dərəcə həssas ərazidir.Məhz bu səbəbdən də bəzi Qərb analitikləri Kalininqradın təcrid olunmasının və ya hərbi yollarla nəzarətə alınmasının Rusiyaya sarsıdıcı psixoloji və siyasi zərbələr vura biləcəyinə əmindirlər. Ancaq Kremlin nüvə silahına əl atmadan bu təhlükəli vəziyyətlə barışmaq məcburiyyətində qalacağını da qətiyyən istisna etmirlər.

Maraqlıdır ki, Qərbdə “məhdud sahədə qələbə” konsepsiyasını dəstəkləyənlər arasında bəzi tanınmış strateqlər və keçmiş nüfuzlu hərbiçilər də yer alır. Məsələn, NATO-nun Avropadakı keçmiş ali komandanı Philip Breedlove, Kalininqradı “Rusiya üçün strateji, lakin müdafiə baxımından, zəif bənd” hesab edir. Onun fikrincə, regionun təcrid olunması və logistik imkanlarının kəsilməsi Kremlə qarşı “ağrılı, ancaq idarəolunan” bir ssenari olardı."Carnegie Endowment"in analitiki Michael Kofman isə daha ehtiyatlı mövqe tutur. O, bildirir ki, Qərbin Kalininqrad ssenarisi Rusiyanı nüvə hətta əvvəlcədən xəbərdarlıqla, nüvə eskalasiyasına sövq edə bilər. Digər tərəfdən, "RAND Corporation"un 2022-ci ildə yayımladığı hesabatda deyilir ki, “məhdud ərazilərdə lokal qələbələr" Rusiya elitasında parçalanma effekti yarada bilər. Eyni zamanda, bu, Rusiyada ölkədaxili siyasi qeyri-sabitliyi də ciddi şəkildə stimullaşdırar. Ancaq bu proses yalnız informasiya və siyasi-diplomatik təzyiqlərlə müşayiət edilərsə, effektiv olar.Kreml təmsilçisi belə təhlükəli vəziyyətdə Rusiyanın bütün imkanlardan, o cümlədən də nüvə silahından istifadəni istisna etmir. Nikolay Patruşevin son açıqlamalarında vurğulanan bəzi məqamlar, xüsusilə də, Rusiya Hərbi Dəniz Qüvvələrinin sərt reaksiya hazırlığının, NATO-nun dənizdən gələn təhdidlərinə qarşı müqavimətin göstəriləcəyinin və Kalininqradın strateji əhəmiyyətinin qabardılması Kremldə cavab mexanizminin artıq fəal şəkildə formalaşdırıldığını göstərir.

Onu da qeyd etmək lazımdır ki, bütün bunlara əlavə olaraq, Rusiya Belarusu da öz hərbi strategiyasında getdikcə ön plana çıxarır. Belə ki, Belarus ərazisində yerləşdirilən taktiki nüvə silahları və iki ölkə arasında artan hərbi inteqrasiya, Kalininqradın mümkün blokadası halında, Suvalki dəhlizi vasitəsilə qurudan əlaqənin təmin olunmasını gündəmə gətirir. Bu dəhliz Litva ilə Polşa arasında yerləşən və Belarusdan Kalininqradadək 70 kilometrlik torpaq zolağıdır. Və NATO ilə Rusiya arasında ehtimal olunan ən potensial təhlükəli toqquşma nöqtəsi kimi qiymətləndirilir.

Təbii ki, Qərbin hazırladığı “məhdud ərazidə qələbə” strategiyası nəzəri cəhətdən Kremli tammiqyaslı müharibəyə sürükləmədən uğur qazanmağı hədəfləsə də, praktikada bu yanaşma yüksək hərbi risklər də daşıyır. Çünki bu, Kreml tərəfindən ekzistensial təhlükə kimi qiymətləndirilməklə yanaşı, Rusiyanın nüvə zərbəsi ilə cavab vermə riskini artırır. Üstəlik, Rusiyanın yeganə müttəfiqi olan Belarusun da hərbi qarşıdurmaya cəlb olunması ehtimalını yüksəldir. Və ən əsasısa, NATO ilə Rusiya arasında birbaşa hərbi toqquşma ehtimalını yüksəldir.

Ona görə də, əksər Qərb analitikləri bu risklərə diqqət çəkərək, siyasi-diplomatik kanalların bağlanmamasının və eskalasiyanın psixoloji idarəçiliyinin vacibliyini qeyd edirlər. Çünki Kreml Qərbin Kalininqrad ssenarisini ciddi şəkildə izləyir və nüvə faktoru üzərindən psixoloji çəkindirmə siyasəti yürüdür. Hər halda, Nikolay Patruşevin Rusiya hərbi donanmasının döyüş hazırlığına dair mesajı, eləcə də, Belarusun müttəfiqlik rolunun qabardılması Kremlin Qərbə hər hansı “məhdud qələbə” planının qeyri-məhdud nəticələrə yol aça biləcəyi barədə açıq xəbərdarlığı hesab oluna bilər.Belə anlaşılır ki, hazırda Rusiya ilə NATO arasında hərbi-strateji qarşıdurmanın daha da kəskinləşdiyi bu dövrdə Kalininqrad ətrafında formalaşan geopolitik situasiya Avropanın təhlükəsizlik arxitekturası üçün ən həssas testlərdən birinə çevrilməkdədir. Bu isə yalnız hərbi deyil, siyasi-diplomatik səviyyədə də strateji ayıqlıq və soyuqqanlılıq tələb edir. Və əgər, Qərbin strateji planı reallaşarsa, bu, ilk növbədə Rusiyanın yalnız ərazi itkiləri deyil, həm də müqavimət göstərə bilməyəcək səviyyədə zəifləmiş olduğu anlamı da daşıyacaq.

"Yeni Müsavat" Media Qrupu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 28 İyul 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri