Icma.az
close
up
RU
Kremlin Çindən asılılığı artıb

Kremlin Çindən asılılığı artıb

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


ABŞ Prezidenti Donald Trampın məqsədlərindən biri Rusiya-Çin ittifaqını zəiflətməkdir. Bunun üçün Ağ Ev sahibi bu ölkələrdən birini öz tərəfinə çəkmək istəyir. Tramp tərəfdaş kimi Rusiyanı seçib. Halbuki, 1970-i illərdə Ağ Evin o zamankı sahibi Çini öz tərəfinə çəkib keçmiş SSRİ ilə mübarizəni davam etdirməyə qərar vermişdi. O illərdə Vaşinqtonun planı müsbət nəticə verdi. Çünki, SSRİ və Çin - hər ikisi kommunist və avtoritar rejimlər olsa da, münasibətlərində soyuqluq hökm sürürdü. Vaşinqton bundan istifadə etdi. Vaşinqton – Pekin arasındakı isti münasibətlər 1989-cu ilə qədər davam etdi. Həmin il Çin hakimiyyətinin çinli təbələrin Pekinin mərkəzindəki minitqini zorakı yollarla dağıtması Vaşinqtonla münasibətləri gərginləşdirdi. SSRİ-nin dağılmasıyla Rusiya Çinlə tərəfdaşlığa üstünlük verdi. Vladimir Putinin hakimiyyəti dövründə Kreml-Pekin münasibətləri strateji əhəmiyyət kəsb edib. Tramp və onun hökumət üzvləri buna son qoymağa çalışırlar.
ABŞ dövlət katibi Marko Rubio Donald Tramp və onun administrasiyasının Rusiyanı Çindən ayırmaq istiqamətində ciddi səylər göstərdiyini bildirib. “Onları çinlilərlə əlaqələrdən tamamilə ayıra biləcəyimizə əmin deyiləm” deyən Rubio iki nüvə dövləti olan Rusiya ilə Çinin bir-birinə bu qədər yaxın olmasının qlobal sabitliyə təhlükə olduğunu vurğulayıb. O Rusiyanın Çindən asılı vəziyyətə düşdüyünü də bildirib. Bu yanaşmada Rubio tək deyil.
Beynəlxalq aləmdə belə bir fikir hakimdir ki, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi Kremlin Çindən asılılığını artırıb. Bu həqiqətdir. Buna baxmayaraq, Moskva Pekinlə ittifaqdan imtina etməyəcək. Əlbəttə, Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarıyla görüşüb, onunla fikir mübadiləsi aparmaq, o cümlədən ABŞ-la birgə iqtisadi layihələr reallaşdırmaq istəyir. Ancaq Putin Trampın “Çindən qopma” oyununa alət olmayacaq. Trampın planını Pekin də pozmağa çalışacaq. Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Tsyan açıqlama verərək, ABŞ administrasiyasının Çinlə Rusiya arasındakı münasibətləri poza bilməyəcəyini vurğulayıb. Moskva və Pekin xarici siyasətlərini koordinasiya edirlər. Misal üçün Vladimir Putin Donald Trampla telefon danışığından sonra dərhal Çin lideri Si Cinpinə zəng edib ki, ikinci heç bir narahatlığı olmasın. Buna baxmayaraq, Pekinin heç bir ölkəyə etibarı yoxdur. Müxtəlif dövlətlər savaşarkən, bir-biri ilə mübarizə apararkən, Çin bölgədə və dünyada iqtisadi gücünü artırmaqda davam edir. Bu isə çoxlarınnı narahat edir. Çünki, iqtisadi inkişafını həbi gücünün artırmasına yönəldib.
Elxan Şahinoğlu
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 27 Fevral 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see302

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see301

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see291

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see260

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see255

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see248

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see243

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see238

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see236

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see226

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see214

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see213

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see212

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see211

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see209

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see207

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see199

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see199

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see191

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri