Icma.az
close
up
RU
Kremlin Ermənistan planı: Rusiya xüsusi əməliyyata hazırlaşır ÇEVRİLİŞ CƏHDİ

Kremlin Ermənistan planı: Rusiya xüsusi əməliyyata hazırlaşır ÇEVRİLİŞ CƏHDİ

Ayna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sülhəddin Əkbər: “Ukraynada uğursuzluğa düçar olan əməliyyatın oxşarı yəqin ki, Ermənistanda da planlaşdırılıb”

Ermənistan hakimiyyəti dövlət çevrilişinə cəhd iddiası ilə ölkədəki müxalif qüvvələrin həbsini həyata keçirir. Ermənistan İstintaq Komitəsinin dünən yaydığı məlumata görə, “Vətən uğrunda Tavuş” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan və “Müqəddəs mübarizə” hərəkatı, keçişin on nəfərdən çox şəxsi hakimiyyəti zorakı yolla ələ keçirməyə və terror aktlarına hazırlıq həyata keçirirmişlər. İş üzrə bir neçə şəxs, o cümlədən Qalstanyan və arxiyepiskopun köməkçisi Movses Şarbatyan artıq həbs ediliblər.

Həbs edilənlər, hakimiyyətin iddiasına görə, qarşısı alınmış çevriliş cəhdinin arxasında duran "Müqəddəs mübarizə" hərəkatı ilə əlaqəlidirlər.

Dünən Ermənistan İstintaq Komitəsi arxiyepiskop Qalstanyan və onun silahdaşlarını respublikada hakimiyyəti ələ keçirmək məqsədilə terror aktları hazırlamaqda ittiham edib. Hüquq-mühafizə orqanları hərəkat tərəfdarlarının mənzillərində və Qalstanyanın evində axtarışlar aparıb.

Arxiyepiskopa qarşı ittihamı şərh edən Baş nazir Nikol Paşinyan bildirib ki, hüquq-mühafizə orqanları respublikada vəziyyəti destabilləşdirmək və hakimiyyəti ələ keçirmək üçün "kriminal oliqarxik ruhanilərin" "genişmiqyaslı və qorxunc planının" qarşısını alıblar.

Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbər AYNA.AZ-a müsahibəsində Ermənistan daxilində son günlər baş verənləri şərh edib. Bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistanda ictimai-siyasi landşaftın yenidən formalaşdırılması prosesi gedir:

- Baş verənlər də ictimai-siyasi prosesin strateji baxımdan formalaşdırılmasıdır. O vaxt biz qeyd edirdik ki, müharibənin nəticələri ilə həm Ermənistan daxilində, həm də xaricdə razılaşmayan qüvvələr varErmənistanda razılaşmayan qüvvələr əsasən revanşistlərdir, hansı ki, başında “Qarabağ klanı” dayanır. Bütövlükdə, Rusiyanın Ermənistandakı “beşinci kolonu” desək daha doğru olar. Eyni zamanda, razılaşmayan qüvvələr erməni kilsəsi və diasporadır. İndi dediyim qüvvələrin hamısı Paşinyan hakimiyyətinə qarşı müxalif mövqedə dayanıblar. Xarici uzantılara gəlincə, burada Rusiya və İran faktorunu unutmamalıyıq. Xüsusilə də, İran faktoru önəmlidir. Bəzən Ermənistan-İran münasibətlərinə fikir verilmir, amma əslində Ermənistan daxilindəki prosesləri izləsək görərik ki, onlar əsasən Rusiyadan əl çəkmiş durumdadırlar. Ermənistandakı revanşistlər İrana daha çox meyl ediblər. “Qarabağ klanı”nın başında dayanan sabir Prezidentlər – Robert Köçəryan və Serj Sarkisyanın, onların tərəfdarlarının açıqlamalarına baxmaq kifayətdir. Onlar ancaq İranla münasibətlərin yüksəldilməsinin vacibliyindən danışırlar. Eyni zamanda, Fransa, Hindistan, Yunanıstan, Amerikadakı müəyyən dairələr faktoru var. Bütövlükdə, Ermənistan ictimai-siyasi landşaftının təmizlənməsi prosesi gedir. Qarşıda Azərbaycanla sülh sazişinin imzalanması məsələsi var. Sülh sazişinin imzalanması üçün də Ermənistan Konstitusiyasının dəyişdirilməsi həyata keçirilməlidir. Konstitusiya dəyişiklikləri isə ciddi qarşıdurma gözləntilərini artırır. Konstitusiya dəyişikliyi zamanı Ermənistanda hakimiyyət dəyişikliyinə nail olmaq üçün Rusiya və digər qüvvələr çalışırlar ki, erməni cəmiyyəti təşkilatlansın.

- Yəni gələn il keçiriləcək parlament seçkilərində iştirak etmək, gözlənilən Konstitusiya islahatlarına qarşı çıxacaq siyasi qüvvələr formalaşdırılır...

- Təbii ki, biz bu təşkilatlanmanı müşahidə edirik. Bu təşkilatlanmanın önündə gələ biləcək, müxalif güc formalaşdıra biləcək qüvvələr indi Paşinyan tərəfindən sıradan çıxarılır. Hesab edirəm ki, müxalif gücün önündə gələ biləcək fiqurların bəziləri tam neytrallaşdırılacaq. Tam neytrallaşdırılması mümkün olmayanlar isə zəiflədiləcək. Bütövlükdə, Ermənistanda baş verənlərə 44 günlük müharibədən sonrakı həm regional inkişaf kontekstində, həm də qarşıdan gələn seçkilər və referendum kontekstində baxmaq lazımdır. Ermənistan hakimiyyəti də, müxalif qüvvələr də gələn il keçiriləcək parlament seçkilərinə və referenduma ciddi hazırlıq görürlər. Təbii ki, Ermənistan hakimiyyətinə də, müxalifətinə də dəstək verən qüvvələr var. Hakimiyyətə dəstək verən Avropa İttifaqıdır, ABŞ bütövlükdə olmasa da, Donald Tramp adminstrasiyasıdır, Çindir, Türkiyədir, Azərbaycandır – bir sözlə, sülhü istəyənlərdir. Müxalif qüvvələrə isə dəstək verən sülhü istəməyənlərdir, əsasən də Rusiyadır.

- Erməni revanşistlərini dəstəkləyən Rusiya Paşinyan hakimiyyətinin hazırkı addımları ilə bağlı nə edə bilər?

- Məlumdur ki, Sergey Kiriyenko Rusiya Prezidenti Vladimir Putin tərəfindən etimad edilən bir şəxsdir və ona xüsusi layihələr etimad olunur. Ermənistanın kurasiyası da məhz Kiriyenkoya verilib. Bu isə o deməkdir ki, Rusiya Ermənistanda əsl xüsusi əməliyyata hazırlaşır. Ukraynada uğursuzluğa düçar olan əməliyyatın oxşarı yəqin ki, Ermənistanda da planlaşdırılıb. Söhbət müharibədən yox, xüsusi əməliyyatdan gedir. Rusiya əslində Ukraynada həqiqətən də xüsusi əməliyyat hazırlamışdı ki, bu əməliyyat uğursuzluğa düçar olduğu üçün genişmiqyaslı müharibəyə keçid etdilər. Aktiv kəşfiyyat-informasiya, kəşfiyyat-əməliyyat, kəşfiyyat-təxribat tədbirləri Rusiya tərəfindən planlaşdırılıb. Ehtiyac olarsa, zərurət yaranarsa, kəşfiyyat müharibəsi olacaq. Kreml Ermənistana açıq müdaxilədən mümkün qədər qaçacaq, çünki ictimai rəy Rusiyanın əleyhinədir. Açıq müdaxilə olarsa, Rusiya Ermənistan cəmiyyətindəki tərəfdarlarını da tamamilə itirə bilər ki, bu da Kremlə sərf edən variant deyil.

- Ermənistanda dövlət çevrilişinə cəhd edən qüvvələrin əsas fiqurları həbs olundu. Bundan sonra çevriliş cəhdləri davam edəcəkmi?

- Baxın, Ermənistan yüz ildən çoxdur ki, Rusiyanın nəzarətindədir və bu nəzarət hələ də davam etməkdədir. Təsəvvür edirəm ki, Ermənistanda Rusiya hansı dərinlikdə iş aparır. Burada müxalifətin birbaşa Rusiyaya bağlı olduğunu, Rusiyanın strateji nəzarətində olduğunu nəzərə almaq lazımdır. Eyni zamanda, unutmaq olmaz ki, Rusiyanın 102 saylı hərbi bazası hələ Ermənistandadır. Həmçinin sərhəd dəstələri mövcuddur. Səfirlik, konsulluqlar mövcuddur ki, bunların hamısı həm də kəşfiyyat mərkəzləri kimi fəaliyyət göstərirlər. Hətta humanitar mərkəzlər də Rusiyanın kəşfiyyat və əks-kəşfiyyatına bağlıdır. Ermənistan ordusu daxilində Rusiyanın çox geniş imkanları mövcuddur, iqtisadi dairələrində Rusiyaya bağlı olan qüvvələr var. Ərazinin kiçikliyini, əhalinin azlığını nəzərə alsaq, adambaşına düşən agentura sıxlığı ən çox Ermənistandadır. Bu şəbəkə Ermənistanda olduğuna görə təhlükə qalır. Amma burada iki güclü faktor var ki, Paşinyanın lehinə işləyir. Birincisi ictimai rəydir. Müharibədə uduzan, ondan sonra keçirilən seçkilərdə qalib olan hökumət başçısının demək ki, ictimai rəydə dəstəyi çoxdur. İkincisi, Rusiya çevriliş cəhdlərinin hamısını sınaqdan keçirdi və uğursuzluğa düçar oldu. Rusiya demək olar ki, əlində olan “kartlardan” istifadə etdi, amma uğur qazana biləmədi. Yeni bir “kart” “Taşir”in rəhbəri Samvel Karapetyan idi ki, onu da Paşinyan hakimiyyəti həbs etməklə neytrallaşdırdı. Ola bilsin ki, Rusiya seçkilərədək yeni bir “kart” ortaya atsın və nələrəsə nail ola bilsin. Rusiyanın əlindəkilər köhnə “kartlardır”, hansılar ki, onlar uğursuzdurlar və nələrəsə nail ola bilməyəcəklər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://ayna.az
archiveBu xəbər 26 İyun 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see199

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see165

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see156

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see130

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri