Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar Şarmazanov
Turkstan.az saytına istinadən Icma.az xəbər verir.
Serj Sərkisyanın hakimiyyəti illərində (2008-2018) Rusiyanın İrəvana pulsuz verdiyi – hədiyyə etdiyi silahların ümumi həcmi 50 min ton olub.
Turkustan.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin müxalifətdən (“Ermənistan” fraksiyası) olan deputatı Eduard Şarmazanov sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, Rusiya dünyada heç bir ölkəyə İsgəndər-M verməyib, yalnız Ermənistandan başqa. Ermənistan Rusiyadan 4 ədəd nüvə başlığı daşıya bilən uzaqmənzilli İsgəndər-M sistemini də Sərkisyanın hakimiyyəti illərində alıb:
“Ermənistan Rusiyadan zavod qiymətləri ilə silah və silah-sursatın alınması haqqında müqaviləni də parlamentdə Sərkisyanın vaxtında ratifikasiya etmişdi. Ümumi məbləğ 300 milyon dollar idi”.
Qeyd edək ki, Rusiya “zavod qiymətinə” satdığı texnika üçün Ermənistana həm də faizsiz kredit vermişdi./axar.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 17 Noyabr 2024 10:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















