Icma.az
close
up
RU
Kremlin silah ı özünə çevrildi: Azərbaycanlılar hədəf alındı Onlar da Rusiyadan çıxır

Kremlin silah ı özünə çevrildi: Azərbaycanlılar hədəf alındı Onlar da Rusiyadan çıxır

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Rusiyada yaşayan azərbaycanlı iş adamları və oradakı elitanın taleyi iki ölkə arasında artan siyasi gərginlik fonunda gündəmin əsas mövzularından birinə çevrilib. İyun ayında Yekaterinburqda soydaşlarımıza qarşı baş verən hücumlar, ardınca səsləndirilən qarşılıqlı ittihamlar və media savaşları fonunda Rusiyada yaşayan azərbaycanlı ticarətçilər və sahibkarlar ciddi təzyiqlərə məruz qalıblar.

Paralel olaraq, Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində yaşananlar diqqət çəkdi. Bəzi analitiklər Azərbaycan və Rusiya prezidentlərinin sammit çərçivəsində bir araya gələcəklərini və danışıqlar aparacaqlarını proqnozlaşdırsalar da, bu, baş tutmadı.

Gərginlik davam edəcəyi müddətdə bu ölkədə yaşayan soydaşlarımızın, xüsusilə iş adamları və iqtisadi elitanın gələcək aqibəti necə olacaq?

Globalinfo.az-a danışan Siyasi və Hüquqi Artaşdırmalar Mərkəzinin sədri, politoloq Xəyal Bəşirov deyib ki, Azərbaycan dövləti hər zaman öz vətəndaşlarının və xaricdə yaşayan soydaşlarımızın hüquqlarını qorumağa çalışıb:

“Bu, yalnız iş adamları və ya elit təbəqəyə aid deyil, dövlətimiz sadə vətəndaşların da başqa ölkələrdə, xüsusilə Rusiyada qarşılaşdıqları problemlərə hər zaman müdaxilə edib. Bu, həm dövlətimizin vəzifəsi, həm də borcudur.

Bakı və Moskva arasındakı münasibətlərdə son dövrlərdə müəyyən gərginliklər müşahidə olunur. Bunun əsas səbəbi isə Ukrayna müharibəsidir. Belə ki, müharibə səbəbindən Azərbaycan əsilli biznesmenlər və iş adamları da bir sıra məhdudiyyətlərlə qarşılaşıblar. Onların mülklərinə, yaxtalarına, bank hesablarına həbs qoyulub, fəaliyyət imkanları məhdudlaşdırılıb. Bu, 2022-ci ildən etibarən Azərbaycan vətəndaşları üçün ciddi problemlər yaradıb. İndi isə görünən odur ki, Rusiya yeni gərginlik ocağı yaratmaq niyyətindədir.

Əslində, mövcud siyasət ilk növbədə Rusiyanın özünə zərər vurur. Çünki Azərbaycan əsilli iş adamları fəaliyyət göstərdikləri ölkənin iqtisadiyyatına töhfə verirlər. Sözügedən dəstək, onsuz da sanksiyalardan zərər çəkən Rusiya iqtisadiyyatı üçün önəmlidir. Azərbaycanlı iş adamlarının oradan uzaqlaşdırılması isə Moskvaya yalnız əlavə problemlər gətirəcək. Bu, təkcə azərbaycanlılara yox, gələcəkdə digər postsovet ölkələrinin iş adamlarına da mesaj olacaq, çünki onların da eyni vəziyyətə düşmə ehtimalı var”.

Həmçinin oxuyun:

Rusiyadakı azərbaycanlılarla bağlı daha bir xoşagəlməz xəbər


Xəyal Bəşirov

Politoloq bildirib ki, AZAL-a məxsus təyyarənin qəzaya uğramasında da günahkar olan tərəf Azərbaycan deyil:

“Rusiyanın endirdiyi zərbələr nəticəsində təyyarə vuruldu və Azərbaycan vətəndaşları həlak oldu, yəni dövlətimiz bununla bağlı haqlı tələblər irəli sürüb. Lakin Rusiya özünü prosesi obyektiv şəkildə araşdıran yox, sanki günahı Azərbaycana yükləməyə çalışan tərəf kimi aparır.

Bu vəziyyət təkcə bizim deyil, digər dövlətlərin də diqqətini cəlb edir. Çünki Rusiyada fəaliyyət göstərən Mərkəzi Asiya ölkələrinin iş adamları da bir gün növbənin onlara çatacağını anlayırlar. Bu səbəbdən, artıq öz resurslarını bu ölkədən çıxarmağa başlayıblar. Gərginliyin ən böyük zərbəsini, şübhəsiz, Rusiya iqtisadiyyatı alacaq.

Azərbaycanlı iş adamlarına qarşı təhlükə hələ də mövcuddur. Amma unutmamalıyıq ki, dövlətimiz üçün hər şeydən öncə vətəndaşlarımızın təhlükəsizliyi, dövlətçiliyimizin qorunması və müstəqilliyimiz dayanır. Ona görə də Azərbaycan bu məsələlərdə prinsipial mövqeyini saxlayacaq.

Rusiya isə hazırkı siyasətlə sadəcə özünə düşmən qazanmağa davam edəcək. Çünki bütün dünya ilə qarşıdurma aparmaq uğur gətirmir, lakin dövlətin mövcudluğunu sual altına sala bilər. Azərbaycan isə münasibətlərin gərginləşməsini istəmir, hələ də dialoq və əməkdaşlıq üçün açıqdır”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 Sentyabr 2025 20:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see337

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see299

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see293

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see290

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see282

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see275

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see272

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see261

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see251

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see240

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see239

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see234

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see230

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see219

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see214

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see214

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see205

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see204

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see192

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri