Kremlin sözçüsü: ABŞ ın əlavə vergi yükü dünyanı çalxalayır, ancaq bunun Rusiyaya...
Icma.az, Mia.az saytına istinadən bildirir.
"Dünya ABŞ-ın yeni tarif siyasətini çaşqınlıq içində qarşılayır".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov paytaxt Moskvada jurnalistlərlə ənənəvi görüşündə deyib.
O, Trampın 185 ölkənin məhsullarına 10 faizdən 34 faizə qədər əlavə vergi yükü gətirməsinin və bu prosesdən Rusiyanın kənarda saxlanılması barədə suala cavabda deyib ki, ölkəsinə əlavə vergi tətbiq olunmamasının onlar üün bir təsiri yoxdur: "Düzdür, Trampın bu qərarı dünyada təlatümlər yaradıb. Ancaq ABŞ-ın yeni tarif siyasətinin Rusiyaya fayda vermə ehtimalı azdır. Qlobal iqtisadiyyat bu qərarlara çox emosional reaksiya verir. Beynəlxalq bazarlarda yüksək səviyyədə burulğanın şahidi oluruq və təbii ki, bu da dünya iqtisadiyyatında dağlağanmanı sürətləndirib".
Peskov Rusiya iqtisadiyyatının güclü və dayanıqlı olduğunu iddia edib: "Lakin qlobal iqtisadiyyatda mövcud dalğalanma əlavə tədbirlər tələb edir ki, biz də bunları edəcəyik"
Zülfiyyə Mustafayeva
MİA.AZ
Baxış sayı:73
Bu xəbər 04 Aprel 2025 16:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















