Icma.az
close
up
RU
Kremlin üzrüylə iş bitməyəcək

Kremlin üzrüylə iş bitməyəcək

Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Bakı-Qroznı sərnişin təyyarəsinin raket sistemi ilə vurulmasının müxtəlif illərdə vurulan sərnişin təyyarələrindən fərqi var. Müharibə zonasında və ya səhvən raketlərlə vurulan sərnişin təyyarələri yaxın tarixdə az olmayıb. Bundan sonra təyyarəni vuran ölkə yanlışlığa yol verdiyini etiraf edib və üzr istəyib. Rusiya vurduqlarını heç zaman etiraf etməyib. Buna baxmayaraq, Rusiyanın bir müddət sonra Azərbaycandan üzr istəyəcəyini istisna etməsək də, təyyarə vurulduqdan sonra təyyarənin yaxındakı hava limanlarından birinə enməsinə icazə verilməməsini Moskva necə izah edəcək? Tarixdə buna oxşar hadisə baş verməyib. Əvvəlcə təyyarəmizi vurdular, sonra enməsinə imkan vermədilər və bununla insanları ölümə məhkum etdilər. Bu isə yanlışlıq deyil, bilərəkdən həyata keçirilmiş cinayətdir. Kremlin üzrüylə iş bitməyəcək. Mövzuya aidiyyatı olmasa da, Rusiya rəsmiləri və diplomatları bir daha “Xankəndidə konsulluq açmaq istəyirik” bəyanatını səsləndirsələr, onlara qəti şəkildə “buna icazə verə bilmərik” cavabı verilməlidir. Bunun əvəzinə Türkiyənin Şuşada konsulluq xidmətinin açılmasını sürətləndirməliyik. AZAL-ın təyyarəsinin qəzaya uğramasından sonra aparılan araşdırmalara Türkiyə ekspertlərinin cəlb edilməsi qardaş ölkə ilə Rusiya arasındakı fərqi göstərir.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 27 Dekabr 2024 20:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda biznesmenlərin 3 milyonunu alan dəstəyə HÖKM OXUNDU

04 Avqust 2026 12:39see560

Təhsil kreditində böhran siqnalı: “İflasa uğrayıb”

04 Avqust 2026 11:52see366

Corcina Rodriges ona “kök” deyənlərə cavab olaraq bədənini nümayiş etdirib FOTO

05 Avqust 2026 04:19see319

Bir ailə eyni anda 200 “Ginnes” rekorduna imza atdı

05 Avqust 2026 06:22see306

İtaliya miqrantların yerləşdirilməsi üçün Ermənistanı nəzərdən keçirir KİV

04 Avqust 2026 18:03see268

Nəriman Həsənzadənin Elçibəyə yazdığı şeiri üzə çıxdı

04 Avqust 2026 08:26see261

“Nizami” və “28 May” arasında fəaliyyət göstərəcək avtobuslar pullu olacaq

04 Avqust 2026 15:41see257

Təyyarəyə simsiz qulaqlıqla minmək qadağası gəlir səbəb

05 Avqust 2026 02:03see232

Deko Xulian Alvares üçün Madridə gəlib

05 Avqust 2026 02:08see226

19FortyFive: Moskvaya uçan dronlar...

05 Avqust 2026 18:49see219

Qarabağda minalar belə təmizlənir VİDEO

04 Avqust 2026 17:10see212

Qvardiolanın gözü MLS in gənc ulduzundadır

04 Avqust 2026 19:33see212

Hindistan Rusiyanın bu təyyarələrini almaqdan imtina etdi

05 Avqust 2026 01:22see202

Çempionlar Liqası: Sabah Orhus a qarşı Oyun başladı CANLI YAYIM

05 Avqust 2026 21:19see198

Sirr kimi saxlayırdılar, amma... Görüntüləri yayıldı ŞOK FOTO

04 Avqust 2026 16:48see191

Dua edən it, kəkilli buzov, uçan at... Fotolar

05 Avqust 2026 03:47see186

Bakı metrosunda avqustun 15 dən yeni mərhələ BAŞLAYIR

05 Avqust 2026 19:27see185

Azərbaycanın yaşıl gələcəyinin qlobal önəmi

05 Avqust 2026 12:12see179

Anar Babayev Naxçıvanın icra başçısı oldu

04 Avqust 2026 12:54see176

Tokayev Paşinyanı təbrik etdi: Ermənistanla bağlı mesaj verdi

04 Avqust 2026 14:14see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri